/ / Paytaxtın Əbdülvahab Salamzadə küçəsindən “20 Yanvar” dairəsi istiqamətinə nəqliyyatın birbaşa çıxışı təmin edilib
Paytaxtın Əbdülvahab Salamzadə küçəsindən “20 Yanvar” dairəsi istiqamətinə nəqliyyatın birbaşa çıxışı təmin edilib
19.03.2026 [20:33]
Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində yeni layihə icra olunub. Belə ki, ərazidəki arakəsmə ləğv edilib, Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxış təmin edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bununla da nəqliyyat vasitələrinin Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra Tbilisi prospektində geriyədönmə etməsi nəticəsində yaranan yüklülük aradan qaldırılıb.
Eyni zamanda, bu kəsişmə işıqforla nizamlandığından piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları yaradılıb.
Qeyd edək ki, layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə birgə icra edilib.
Xatırladaq ki, layihə icra edilmədən əvvəl Qələbə dairəsindən Əbdülvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospekti və 20 Yanvar dairəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri Tbilisi prospektində yerləşən geriyədönmə sahəsindən istifadə edirdi. Əbdülvahab Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək geriyədönmə edən nəqliyyat vasitələri Tbilisi prospekti ilə gələn nəqliyyat vasitələrinin sürətini əhəmiyyətli dərəcədə azaldırdı və həmin hissədə ciddi sıxlığa səbəb olurdu. Yeni layihənin icrasından sonra Əbdülvahab Salamzadə küçəsi ilə hərəkət edən avtomobillərin geriyədönmə manevrlərinə ehtiyac aradan qaldırılacaq və hərəkətin axıcılığı təmin ediləcək.
Tbilisi prospekti ilə hərəkət edib geriyə dönmə həyata keçirmək istəyənlər üçün həmin geriyədönmə yeri olduğu kimi saxlanılır.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

