/ / Metronun “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən tunelin inşasının I mərhələsi başa çatıb
Metronun “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən tunelin inşasının I mərhələsi başa çatıb
08.04.2026 [11:54]
“Bakı Metropoliteni” QSC tərəfindən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində xətlərin ayrılması layihəsi üzrə metronun “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək yeni piyada keçidinin inşası həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, keçidin inşası üçün qazıntı işləri və metal konstruksiyalı tunelin quraşdırılması tamamlanıb.
Hazırda “28 May” stansiyasının platforması ilə birləşmə hissəsində işlər davam etdirilir. Paralel olaraq, üç hissədən ibarət pilləkənlərdə metal karkasın qurulması başa çatdırılıb, betonlama işlərinə hazırlıq görülür. Yekunda üzləmə işləri aparılacaq piyada keçidinin yeni tədris mövsümünədək istifadəyə verilməsi planlaşdırılır.
Bununla yanaşı, xətlərin ayrılması layihəsinin əsas elementlərindən biri olan “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək, uzunluğu 200 metrə yaxın tunelin inşasının birinci mərhələsi yekunlaşıb. Görülən işlər çərçivəsində “28 May” stansiyası ətrafında – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən avtomobil parklanma zonasında, eləcə də “Cəfər Cabbarlı” stansiyası yaxınlığında iki hazırlıq şaxtası qazılıb. Bu şaxtalar tikinti prosesinin təşkili, texnika və materialların sahəyə çatdırılması üçün nəzərdə tutulub.
Eyni zamanda, “Cəfər Cabbarlı” stansiyasından əsas tunel sahəsinə qədər olan iki yanaşma sahəsinin tikintisi də tamamlanıb. Tikinti işləri mürəkkəb geoloji şərait nəzərə alınmaqla Yeni Avstriya üsulu ilə aparılır ki, bu da yüksək texniki təhlükəsizlik səviyyəsini təmin edir.
Layihənin icrası yerüstü nəqliyyatın, o cümlədən avtobusların, dəmiryol vağzalının, həmçinin “28 May” və “Cəfər Cabbarlı” stansiyalarının fəaliyyətinə maneə yaratmır. Ərazidə piyadaların təhlükəsiz hərəkəti üçün bütün zəruri şərait təmin olunub.
Tunelin tikintisi başa çatana qədər qatarların hərəkəti “İçərişəhər–Əhmədli” (habelə “Əhmədli–Həzi Aslanov” məkik hərəkəti), “Dərnəgül–Nizami” və “Cəfər Cabbarlı–Xətai” istiqamətləri üzrə təşkil ediləcək. Növbəti mərhələdə sərnişinlərin “28 May” və “Nizami” stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə etməsi nəzərdə tutulur.
Tunelin inşasının “Dərnəgül” elektrik deposunun birinci mərhələsi başa çatdıqdan sonra 11 ay ərzində yekunlaşdırılması planlaşdırılır. Bütün zəruri avadanlıq və sistemlərin quraşdırılması tamamlandıqdan sonra isə “Qırmızı” (“İçərişəhər–Həzi Aslanov”) və “Yaşıl” (“Dərnəgül–Xətai”) xətlərin tam müstəqil fəaliyyəti təmin olunacaq.
Gələcəkdə sərnişinlər “Yaşıl” və “Qırmızı” xətlər arasında keçid üçün “28 May–Cəfər Cabbarlı” piyada keçidindən istifadə edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

