ƏƏSMN-də Avropa Sosial Xartiyası ilə bağlı işçi seminar keçirilib
26.06.2014 [11:07]
Dünən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa Sosial Xartiyasının əvvəllər ölkəmiz tərəfindən qəbul edilməmiş maddələri ilə bağlı aidiyyəti dövlət qurumlarının iştirakı ilə fikir və məlumat mübadiləsinin aparılması məqsədilə seminar keçirilib.
Avropa Şurasının I Baş Direktorluğunun Avropa Sosial Təhlükəsizlik Məcəlləsi və Avropa Sosial Xartiyası Departamenti ilə birgə təşkil olunan tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Avropa Şurasının üzvü olan Azərbaycanın ötən müddətdə bu təşkilatla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirdiyini bildirib. Qeyd olunub ki, 2004-cü ilin yanvarında sosial müdafiə sahəsində mühüm beynəlxalq sənədlərdən biri olan Avropa Sosial Xartiyasının 18 maddəsi Azərbaycan tərəfindən ratifikasiya edilib. Ötən dövrdə dinamik sosial-iqtisadi tərəqqinin təmin olunması, müasir dövlət quruculuğu, hüquqlar sisteminin təkmilləşdirilməsi sahəsində ölkəmizdə əldə olunan mühüm nailiyyətlər Xartiyanın əvvəllər qəbul olunmamış müddalarının da ratifikasiya imkanlarına yenidən baxılmasını şərtləndirir. Bu seminarın məhz ölkəmizin Avropa Şurasının Nazirlər Şurasına sədrliyi dövründə keçirilməsinin xüsusi əhəmiyyət kəsb etməsi vurğulanıb.
Avropa Sosial Xartiyası Departamentinin nümayəndəsi Ramon Prieto Suarez bildirib ki, Azərbaycanın Xartiyanın qəbul edilmiş maddələrinin icrası sahəsində uğurlu təcrübəsi, respublikada müasir cəmiyyətin formalaşması digər müddəaların da qəbulu üçün yetərli əsas yaradır.
Seminarda Xartiyanın sağlamlıq imkanları məhdud şəxslərin sosial inteqrasiya və cəmiyyətin həyatında iştirakını, uşaq və gənclərin sosial, hüquqi və iqtisadi müdafiəsini, miqrant işçilərin və onların ailələrinin müdafiəsini, yoxsulluqdan və sosial təcriddən müdafiəni və s. sosial hüquqları nəzərdə tutan 15-ci, 17-ci, 19-cu və 30-cu maddələrinin ratifikasiyası ilə bağlı fikir mübadilələri aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

