ƏƏSMN daha 100 nəfərə minik avtomobilləri təqdim edib
17.07.2014 [04:45]
Son 3 ay yarım ərzində avtomobillə təmin olunan müharibə əlillərinin sayı 1100 nəfərə çatıb
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 100 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs “Naz-Lifan” markalı minik avtomobili ilə təmin edilib. Onlardan 52 nəfəri Böyük Vətən müharibəsi əlili, 5 nəfəri Çernobl AES əlili, qalanları isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.
Avtomobillərin təqdim olunması zamanı qeyd edilib ki, Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, ƏƏSMN tərəfindən cari ilin aprel-may aylarında 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə minik avtomobili verilib. Bununla da cari ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə tam təminatına nail olunub.
Ötən aydan etibarən Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 30 aprel 2014-cü il tarixli Sərəncamının icrasına başlanılıb. 2014-cü ilədək növbədə dayanmış Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən bu gün verilən avtomobillər də daxil olmaqla artıq 423 nəfərinin avtomobillə təminatı həyata keçirilib və belə şəxslərin avtomobillə tam təminatının gələn ay başa çatdırılması planlaşdırılır. Ümumilikdə, son 3 ay yarım ərzində avtomobillə təmin olunanların sayı 1100 nəfərə çatıb.
Minik avtomobili təqdim edilən Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin hərtərəfli və sürətli inkişafından qürur hissi keçirdiklərini vurğulayıblar. Onlar əlilliyi olan şəxslərin dövlət hesabına avtomobillə təminatının sürətləndirilməsindən razılıqlarını ifadə edərək, sosial cəhətdən həssas əhali qruplarına bütün sahələrdə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

