/ / Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən daha 104 nəfərə minik avtomobili verilib
Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən daha 104 nəfərə minik avtomobili verilib
22.08.2014 [09:37]
Avqustun 21-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari ilin əvvəlinədək xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə dayanmış Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən daha 104 nəfərinə “Naz-Lifan” markalı minik avtomobili təqdim edib. Onlardan 41 nəfəri Böyük Vətən müharibəsi, 48 nəfəri hərbi xidmət, 15 nəfəri Çernobıl AES əlilidir.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, avtomobillərin təqdim olunması zamanı Prezident İlham Əliyevin 30 aprel 2014-cü il tarixli Sərəncamının icrası olaraq, hazırda verilən avtomobillər də daxil edilməklə 727 nəfər Böyük Vətən müharibəsi, Çernobıl AES və hərbi xidmət əlilinin minik avtomobili ilə təmin olunduğu diqqətə çatdırılıb.
Bildirilib ki, dövlət başçısının 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli sərəncamlarına əsasən, cari ilin əvvəlinədək xüsusi tibbi arayış əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərdən 1404 nəfəri minik avtomobili ilə təmin edilib.
Əlilliyi olan şəxslərin minik avtomobili ilə təminatı ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az ) “Fəaliyyət və xidmətlər” bölümündəki “Avtomobillərlə təminat” alt-bölümündə təqdim olunan növbəlilik siyahısı əsasında, tam şəffaflıq şəraitində həyata keçirilir.
Tədbirdə müharibə əlillərinə bütün sahələrdə göstərilən dövlət qayğısından söz açılıb. Qeyd olunub ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta aylıq məbləği son bir ildə 70 faizə yaxın artırılıb. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, şəhid ailələrinin ölkəmizin ali təhsil və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil haqlarının dövlət hesabına ödənilməsinə başlanılıb.
Çıxış edənlər bu təbəqələrdən olan şəxslərin yeni mənzillərlə, reabilitasiya vasitələri və s. ilə təminatı sahəsində görülən işlərdən də bəhs edərək, əlilliyi olan insanlara daim böyük diqqət və qayğı göstərdiyinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

