Elmə, təhsilə və mətbuata həsr olunan ömür
23.12.2014 [09:42]
Dekabrın 22-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin professoru, görkəmli alim və mətbuat tədqiqatçısı, Prezident təqaüdçüsü Şirməmməd Hüseynovun 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Şamil Vəliyev professor Şirməmməd Hüseynovun mənalı ömür yolundan, səmərəli elmi və pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan danışıblar.
Prezident İlham Əliyevin 2014-cü il 16 dekabr tarixli Sərəncamına əsasən professor Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif olunduğunu bildirən natiqlər alimi təbrik edib, ona yeni nailiyyətlər arzulayıblar.
Qeyd olunub ki, görkəmli mətbuatşünas, professor Ş.Hüseynov çoxşaxəli elmi yaradıcılığa, zəngin həyat təcrübəsinə malik alimdir.
Ş.Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə Şəki şəhərindəki 2 nömrəli orta məktəbi bitirib, Şəki ikiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində oxuyub. 1943-cü ildən 1944-cü ilədək Zaqatalada və Şəkidə orta məktəblərdə müəllim işləyib. 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU, indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Bir müddət “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri vəzifəsində işləyib. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) jurnalistika fakültəsinin aspiranturasında təhsil alıb. 1954-cü ildə MDU-nun jurnalistika fakültəsinin Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə edib.
Daha sonra Ş.Hüseynov ADU-da müxtəlif vəzifələrdə çalışıb, 1970-1976-cı illərdə jurnalistika fakültəsinin dekanı olub. Alim Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir.
Professor Ş.Hüseynov “Həqiqət və ədalət carçısı”, “M.Ə.Rəsulzadə”, “Mənəvi irsimiz və gerçəklik”, “Mətbu irsimizdən səhifələr” və digər dəyərli kitabların, əsərlərin, məqalələrin, həmçinin çoxsaylı dərslik və dərs vəsaitlərinin müəllifidir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının irsinin araşdırılmasında alimin xüsusi rolu var.
Ş.Hüseynov daim həqiqətin, haqqın, ədalətin, azad sözün tərəfdarı olub. Alim böyük millət, Vətən təəssübkeşidir. Buna görə də onun üçün ümummilli dəyəri və elmi-tarixi statusu olan sözün və doğruluğun qiyməti çox böyükdür. Ş.Hüseynov elmi axtarış və yaradıcılıq fəaliyyətində tarixin dərslərinə ardıcıl maraq göstərib, ayrı-ayrı fakt, hadisə, problem və şəxsiyyətin barəsində məhz doğruların ortaya qoyulmasına, ictimaiyyətə çatdırılmasına üstünlük verib. Onun çoxsaylı və müxtəlif janrlı əsərləri bu fikirləri təsdiqləyir.
Tədbirdə professor Cahangir Məmmədlinin “Professor Şirməmməd Hüseynovun publisistik fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev professor Ş.Hüseynovun elmi nailiyyətlərindən, cəmiyyətdə qazandığı böyük nüfuzundan bəhs edib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov alimin Azərbaycan mətbuatının, jurnalistikasının inkişafındakı mühüm rolundan danışıb.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov professor Ş.Hüseynovun elmə, təhsilə verdiyi töhfələri, yüksək ixtisaslı kadrların hazırlanmasındakı xidmətlərini qeyd edib.
Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu, Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi və başqaları professor Şirməmməd Hüseynovun elm və təhsil sahəsində əldə etdiyi uğurlardan söz açıb, yubilyara xoş arzularını çatdırıblar.
Sonda professor Şirməmməd Hüseynov çıxış edərək Vətən, torpaq sevgisinin müqəddəsliyini vurğulayıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11

