İlk Avropa Oyunlarının əfsanələri “Azercell”də qonaq olublar
04.07.2015 [10:20]
Dünən “Azercell Telekom” MMC-də çox maraqlı və səmimi görüş keçirilib. İlk Avropa Oyunlarında Azərbaycanı uğurla təmsil edən Milli Paralimpiya Komitəsinin idmançıları və rəhbərliyi şirkətdə qonaq olublar. “Azercell”in baş ofisində baş tutan görüşün əvvəlində ilk Avropa Oyunlarının açılış mərasimindən kadrlar, Əməkdar idman ustası İlham Zəkiyevin məşəli yandırması, onun və digər paralimpiyaçılarımızın keçirdiyi Oyunlar, medal mərasimlərini əks etdirən videoçarx nümayiş etdirilib. Görüşdə iştirak edən “Azercell” əməkdaşları qonaqları ayaq üstə, böyük coşqu ilə alqışlayıblar. Şirkətin prezidenti Vahid Mürsəliyev qonaqları salamlayaraq onları ilk Avropa Oyunlarında qazandığı böyük nailiyyətlər münasibətilə təbrik edib. V.Mürsəliyev bildirib ki, Oyunların bitməsinə 2 gün qaldığı bir müddətdə paralimpiyaçılarımız İlham Zəkiyev, Səbinə Abdullayeva və Zakir Müslümovun əsrarəngiz qələbəsi ilk Avropa Oyunlarına böyük şövqlə nöqtə qoymağa imkan verdi. “Azercell” prezidenti hazırda Uşaq Paralimpiya Komitəsində 50 yeniyetmənin məşğul olduğunu xatırladaraq şirkətin bundan sonra da onlara dəstək olacağını bəyan edib: “Bu, həmin uşaqların həyata ikinci vəsiqə alması deməkdir. Onların əzmkarlıq nümayiş etdirərək ayaqda dayanmasına dəstək olmaq bizim üçün çox önəmlidir və inanırıq ki, onlar hələ çox yerdə Azərbaycan bayrağını dalğalandıracaqlar”.
Milli Paralimpiya Komitəsinin prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bu cür isti və səmimi qəbula görə bütün “Azercell” ailəsinə təşəkkürünü bildirib.
Görüşün sonunda idmançılara “Azercell”dən hədiyyələr və gül dəstələri təqdim olunub, xatirə fotosu çəkilib.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

