“Azərbaycanda vəzifədə olan və ictimai işlərdə iştirak edən qadınların sayı durmadan artır”
04.11.2015 [09:36]
Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində tədbir keçirib
Dünən Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Aynur Camalqızı qeyd edib ki, Azərbaycanda vəzifədə olan və ictimai işlərdə iştirak edən qadınların sayı durmadan artır: “Ölkənin 85 rayonu üzrə icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən artaraq 35 faizə qalxıb”.
Milli Məclisə 5-ci çağırış seçkilərdən danışan Aynur Camalqızı qeyd edib ki, bu sahədə də irəliləyiş olub və 125 millət vəkilindən 21-i qadındır: “Ötən parlament seçkilərində qadınların sayı 20 olmuşdu. Ümumiyyətlə, qadın namizədlər bu seçkidə xüsusi fəallıq göstəriblər. Qadınlar faiz etibarilə çoxluq təşkil etməsələr də, seçkiqabağı təbliğat işlərini çox aktiv qurdular, bu aktivlik sayəsində də qadınların seçkidə fəal iştirakı diqqətdən kənar qala bilməzdi”.
Prezident Administrasiyasının nümayəndəsi Vüqar Səlimov çıxış edərək bildirib ki, cəmiyyətin bütün sahələrində qadınların rolunun artırılması mövqeyinin möhkəmləndirilməsi vacibdir. Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini deyən V.Səlimov qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması qadınların təşkilatlanması, ictimai həyatda sistemli şəkildə iştirakı üçün vacib hadisə idi. O qeyd edib ki, qadınların hüquqlarının təmin olunması məqsədilə Azərbaycan bir sıra mühüm konvensiyalara qoşulub: “Ötən illərlə müqayisədə son illər vəzifədə və ictimai işlərdə işləyən qadınların xüsusi çəkisi artıb. Bələdiyyə seçkilərində də eyni nəticəni görmək olar. Qadınların təkcə dövlət qulluğunda və ya seçkili vəzifələrdə iştirakı artmayıb. Azərbaycanda qadınlar elmin inkişafında da mühüm rola malikdirlər. Belə ki, Azərbaycanda bütün elmi işçilərin 53,6 faizini qadınlar təşkil edir”.
Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı bildirib ki, ölkəmizdə gender məsələsi daim aktuallıq kəsb edir: “2000-ci ildə “Qadın namizədlərə dəstək seçki bloku” yaradılmışdı. O zaman 1000-dən çox qadın namizəd qeydə alınmışdı. Bizdən qadın parlamentarilərin sayının niyə az olmasını soruşurlar. Mən həmişə buna cavab olaraq bildirirəm ki, əgər namizədlərin arasında 30 faiz qadın yoxdursa, nəyə görə seçilənlərin 30 faizi qadın olmalıdır? Azərbaycan qadını üçün ən gözəl xüsusiyyət ana olmaq, gözəl övladlar yetişdirməkdir. Bizdə qadın hər iki vəzifəni, yəni həm ana olmaq, həm də peşəkar karyera qurmaq vəzifəsini layiqincə yerinə yetirirsə, ona həmişə yol açmalı, dəstək olmalıyıq”.
Daha sonra Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, hüquq müdafiəçisi Çingiz Qənizadə, politoloq Elman Nəsirov, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov, “Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin eksperti Sədaqət Paşayeva, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli mövzu ilə bağlı çıxış ediblər və belə tədbirlərin əhəmiyyətinə diqqət çəkərək bildiriblər ki, qadın və kişilərin gender bərabərliyi məsələsinin aktual müzakirə predmetinə çevrilməsi olduqca müstəsna önəm kəsb edir.
NURLAN
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56

