Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadan yeni bir layihə
14.11.2015 [10:02]
“Baku Corner” konsepsiyasının təqdimatı olub
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq “Baku Corner” adlı xeyriyyə məqsədi daşıyan ədalətli ticarət konsepsiyası təsis edilib. Noyabrın 13-dən etibarən yeni layihə - “Baku Corner” (www.bakucorner.az) ictimaiyyətin istifadəsinə təqdim olunur.
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, konsepsiyanın mahiyyəti yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış ənənəvi əl işlərinin satışı üçün platforma yaratmaq və bu sənət əsərlərini geniş ictimaiyyətə çatdırmaqdır. “Baku Corner” insanlara öz yaradıcılığının həm estetik, həm də maddi baxımdan qiymətləndirilməsinə yardım edəcək bir layihədir. Belə ki, xalq sənətkarları “Baku Corner”in internet səhifəsi vasitəsilə müştəri bazarına birbaşa çıxış əldə etməklə, əməklərinin bəhrəsini götürmək imkanı qazanmış olacaqlar.
“Baku Corner” müxtəlif mədəniyyətləri və xalqları tərənnüm edən məhsulların cəmləndiyi vahid məkan rolunda çıxış edir. Nümayiş olunan məhsullar yüksək keyfiyyətə və təkrarolunmaz görünüşə malik olmaqla, alıcıların zövqünü oxşayacaq. “Baku Corner”dəki hər bir əl işi öz görkəmi və tarixçəsi ilə bir-birindən fərqlənir.
Burada Azərbaycanın istedadlı sənətkarları tərəfindən hazırlanmış müxtəlif məhsullar, xüsusilə də rəngarəng kəlağayılar nümayiş olunur. “Baku Corner”, həmçinin uşaq evləri və internat məktəblərində sığınacaq tapmış azyaşlıların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində də xüsusi rol oynayır. Belə ki, internet səhifəsində bu qrup gənc tərəfindən çəkilmiş gözəl rəsm əsərləri də yer alıb.
“Baku Corner”də Hindistanda toxunulmuş ənənəvi şərfdən Kambocada yerli ipəkdən hazırlanmış baş örtüyünə, Kolumbiya və Qvatemalada yaşayan qadınların əsrarəngiz əl işləri olan qolbaq və boyunbağıdan Avstraliyanın köklü xalqlarının əsrlərlə istifadə etdiyi naxışlarla bəzədilmiş çantalara kimi bir çox əsrarəngiz məhsullar görmək mümkündür.
Eyni zamanda, insan rifahının yaxşılaşdırılması işini dəstəkləmək məqsədilə Leyla Əliyeva öz incəsənət əsərlərini də layihəyə bəxş edib.
“Baku Corner” istedadlı sənətkarları layihədə iştirak etməyə və bacarıqlarını platforma vasitəsilə ictimai şəkildə nümayiş etdirməyə dəvət edir.
Sənətkar və sənətə dəyər verən insanların görüş məkanı olan “Baku Corner” ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaq mümkündür:
İnternet səhifəsi: www.bakucorner.az
Feysbuk səhifəsi: www.facebook.com/bakucorner
İnstaqram səhifəsi: www.instagram.com/bakucorner
Telefon: +99412-4971939.
Xəbər lenti
Hamısına baxSosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09

