“Azadlıq Hərəkatçıları” İctimai Birliyinin növbəti layihəsinin icrası başa çatıb
24.11.2015 [10:10]
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Televiziya proqramlarında Azərbaycan ədəbi dili: araşdırmalar, təhlil, rəy və təkliflərin hazırlanması” layihəsinin yekunlarına həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə tanınmış teleaparıcılar, ADPU-nun filologiya, həmçinin BDU-nun jurnalistika və filologiya fakültələrinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən ADPU-nun rektoru Yusif Məmmədov ana dilinin təmizliyinə və inkişafına xələl gətirən amillərin bütün sahələrdə olduğu kimi, televiziya sahəsində də olduğunu diqqətə çatdıraraq qeyd edib ki, xüsusilə insanların gündəlik həyat normativinin tərkib hissəsi olan, yeni nəslin formalaşmasında valideyn və məktəblə yanaşı müstəsna rol oynayan televiziya proqramlarında ədəbi dil normalarının pozulması, əcnəbi sözlərdən istifadə olunması narahatedici məqamdır: “Bütün bunlar ana dilimizin saflığının qorunmasına və inkişafına əngəl törədir. Hər bir Azərbaycan ziyalısı bunu hiss edir və müxtəlif səviyyəli tədbirlərdə məsələ ilə bağlı narahatlıqlarını bildirirlər. Hesab edirik ki, bu sahə proqramlı şəkildə, sistemli olaraq araşdırılmalı, mövcud qüsurlar təhlil edilməli, alim-mütəxəssislərlə birgə rəy və təkliflər toplusu hazırlanaraq əlaqədar qurumlara, eləcə də televiziya kanallarına təqdim edilməlidir. Düşünürəm ki, problemin həllində əsaslı dönüşə nail olmaq mümkündür”.
Çıxış edən “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri, layihənin rəhbəri Təhmasib Novruzov layihə haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, layihənin icrası zamanı AMEA-nın Dilçilik İnstitutunun, eləcə də ali məktəblərin dilçi alim və mütəxəssisləri ilə birgə araşdırma və təhlillər aparılaraq, rəy və təkliflər hazırlanıb. Aşkar olunan qüsurların video görüntüləri, eləcə də layihə çərçivəsində hazırlanmış “Televiziya və Azərbaycan ədəbi dili” sənədli filmi ilə birgə televiziya kanallarına, Milli Televiziya və Radio Şurasına təqdim edilib: “Hesab edirəm ki, layihə çərçivəsində ictimaiyyət üçün əhəmiyyətli olan bir sıra suallara cavab tapıldı, həmçinin də ciddi nəticələr əldə edildi”.
Daha sonra “SƏS” Televiziyasında hazırlanan “Televiziya və Azərbaycan ədəbi dili” sənədli filmi nümayiş olunub. Layihə çərçivəsində keçirilmiş müsabiqənin nəticələri elan olunaraq yeddi nəfər televiziya aparıcısı ədəbi dil normalarına əməl etdiyinə görə “Ən natiq teleaparıcı” mükafatına layiq görülüb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

