Neft Daşlarında və Çilov adasında həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi anılıb
15.01.2016 [09:29]
Yanvarın 14-də Neft Daşlarında və Çilov adasında keçən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli, “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Çilov adasında keçirilən anım mərasimində tədbir iştirakçıları əvvəlcə 1997-ci ildə helikopter qəzası nəticəsində həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və önünə gül dəstələri düzüblər. Mərasimdə çıxış edən “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) sosial məsələlər üzrə rəis müavini Mətləb Qarayev, eləcə də NQÇİ-nin Həmkarlar Komitəsinin sədri Emin Məmmədov və başqaları təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən və həlak olan neftçilərin yaxınlarına, doğmalarına səbir diləyib, həyatlarını xalqımızın xoşbəxtliyi naminə qurban vermiş insanların xatirəsini anıblar. Natiqlər itkin düşmüş neftçilər barədə xatirələrini bölüşüb, onların tapılması üçün bütün mümkün variantlardan istifadə olunduğunu bildiriblər.
Sonra tədbir iştirakçıları dənizə qərənfillər səpiblər.
Həmin gün Neft Daşlarında keçirilən anım tədbirinin iştirakçıları isə 1957-ci il noyabrın 21-də baş vermiş faciəli gecədə həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb, tər çiçəklər düzüblər. “Günəşli” yatağındakı 10 nömrəli və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
SOCAR-ın Nəqliyyat İdarəsinin rəis müavini Yusif Hacıyev, “Neft Daşları” NQÇİ-nin rəis müavini Zeynal Abdullayev və NQÇİ-nin Həmkarlar Komitəsinin sədri Hüseyn Əhmədov baş vermiş faciənin bütün xalqımızın qəlbində dərin iz buraxdığını, hər kəsi dərindən sarsıtdığını söyləyib, neftçilərin ailələrinə dözüm və səbir diləyiblər.
Qeyd olunub ki, baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlər davam etdirilir. Bu hadisələrin neftçilərin əhval-ruhiyyəsinə təsir etdiyini söyləyən natiqlər vurğulayıblar ki, itkin düşən neftçilərin axtarışı, eləcə də “Günəşli”dəki 10 nömrəli özüldə yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

