Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 470 kiloqramdan çox narkotik vasitə məhv edilib
30.06.2016 [09:53]
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 470 kiloqramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları iyunun 29-da Binəqədi rayonundakı Bünyad Sərdarov adına Bakı maşınqayırma zavodunda məhv edilib.
AZƏRTAC xəbər verir ki, narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib ki, 213 məhkəmə hökmü əsasında müsadirə edilən, barəsində məhvetmə qərarı çıxarılan 470 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr, o cümlədən 2624 çətənə bitkisi (250 kiloqram 885,74 qram marixuana, 78 kiloqram 886,257 qram tiryək, 89 kiloqram 211,65 qram heroin, 51 kiloqram 211,329 qram həşiş qətranı, 5173 ədəd psixotrop maddələr) yandıraraq məhv edilib. Müsadirə olunan müxtəlif növ narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 13 milyon manat təşkil edir.
Qeyd olunub ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını daim diqqət mərkəzində saxlayan Dövlət Komissiyasının işçi qrupu aidiyyəti qurumların əlaqələndirilməsini təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm verir. Nəticədə birgə bir sıra qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilib, narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilib.
Diqqətə çatdırılıb ki, cari ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 1439 fakt aşkar olunub. Onlardan 375-i satış, 1006-sı saxlama, 43-ü əkin (kultivasiya etmə), 15-ni digər faktlar təşkil edir. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 520 kiloqram 18,497 qram müxtəlif növ narkotik vasitələr götürülüb. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 294 kiloqram 108,305 qramını marixuana, 169 kiloqram 501,11 qramını tiryək, 1 ton 37 kiloqram 427,41 qramını heroin, 16 kiloqram 290,255 qramını həşiş, 2 kiloqram 488,884 qramını digərləri, 154,22 qramını isə psixotrop maddə və 11828 ədəd həb təşkil edib.
Həmçinin “Xaş-xaş 2016” şərti adı altında keçirilən tədbirlər nəticəsində 56 kiloqram 399,885 qram narkotik tərkibli bitki yaşıl kütlə halında yığılaraq məhv edilib.
Cinayət məsuliyyətinə 850 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 63-ü 18-25 yaşlarında, 149-u 30 yaşadək, 637-si 30 yaşdan yuxarı, 7-si fəhlə, 3-ü qulluqçu və ya maddi məsul şəxs, 754-ü işləməyənlər, 840-ı kişilər, 10-u qadınlar, 10 nəfəri isə xarici ölkə vətəndaşları olub.
Ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkomanlığın yayılması əleyhinə görülən işlər, əhali, xüsusən yeniyetmə və gənclər arasında antinarkotik təbliğat barədə mütəmadi olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəsmi internet səhifəsində (nmdk.gov.az) məlumat verilir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

