Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ARGTMŞ-nin nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

ARGTMŞ-nin nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

21.07.2016 [09:27]

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə Azərbaycan-Koreya Gənclər Mübadiləsi Proqramı çərçivəsində ölkəmizi təmsil edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti tərkibində Koreyada səfərdə olub. Səfər çərçivəsində gənclər Koreyanın paytaxtı Seul və Dyecon, Pyentok şəhərlərində olublar.
Səfər Azərbaycan və Koreya Respublikasının gənclər şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi məqsədilə həyata keçirilib.
Səfər çərçivəsində iştirakçılar Koreyanın dövlət rəsmiləri ilə keçirilən görüşlərdə iştirak edib, iki ölkə arasında gənclər siyasətini və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Səfər müddətində həmçinin Koreya Respublikasının mədəniyyət, tarix abidələri, elm və texnologiya mərkəzləri və bir sıra universitetləri ziyarət edilib. Daha sonra nümayəndə heyətimiz tərəfindən beynəlxalq platformada ölkəmiz haqqında təqdimat keçirilib. Təqdimat zamanı ölkəmizdə olan gənclər siyasəti, təhsil sistemi və xüsusilə Dağlıq Qarabağ məsələsi gənclərin diqqətinə çatdırılmışdır. Qeyd edək ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi, həmçinin Koreya Respublikası Qadın və Ailə Nazirliyində görüş baş tutub.

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31