Azərbaycanlı gəncin böyük uğuru
27.10.2016 [09:45]
Sevil Əliyeva: Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 30-cu və 31-ci sessiyalarında çıxış etmişəm
Son dövrlərdə Azərbaycanda digər sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox mühüm nailiyyətlər əldə edilib. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atır, cəmiyyət həyatında mühüm rol oynayırlar. Hazırda ölkə gəncləri vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsiplərinə, həmçinin tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunurlar.
Belə gənclərimizdən biri də Əliyeva Sevil Cəbrayıl qızıdır. S.Əliyeva 1995-ci ildə anadan olub. 2012-ci ildə Bakı şəhəri 291 nömrəli “Araz” Ekologiya Liseyini qızıl medalla bitirib. Həmin ildə 667 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, xüsusi imtahan verərək təhsilini ingilis bölməsində davam etdirib. 2016-cı ildə isə sözügedən universitetdən məzun olub. Sevilin ən böyük arzusu Azərbaycanı beynəlxalq arenada təmsil etmək və haqq səsimizi dünyaya çatdırmaqdır. Bu səbəbdən də ilk olaraq Avropa Hüquq Tələbələr Assosiasiyasına (ELSA) üzv olub: “ELSA Avropanın 42 ölkəsində, 210 universitetində 30000-dən çox hüquq fakültəsinin tələbələrini və gənc hüquqşünasları özündə birləşdirən təşkilatdır. Bu təşkilat vasitəsilə bir çox beynəlxalq tədbirlərdə iştirak etdim, habelə bu assosiasiyanın digər üzvləri ilə möhkəm qarşılıqlı münasibətlər quraraq öz əlaqələrimi genişləndirmək imkanı qazandım. Müxtəlif ölkələrdən olan fərqli düşüncələrə malik gənclərlə fikir mübadiləsi apardım. Kommunikasiya bacarığımın daha da inkişaf etdiyini gördüm. Və bu, məni olduqca həyəcanlandırdı. Daha çox uğura can atırdım. Elə hər şey də buradan başladı deyə bilərəm”.
2015-ci ildə gəncimiz Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti ilə birlikdə Bolqarıstanın Blaqoevqrad şəhərində keçirilən “İncəsənət və Mədəniyyət - Uğur üçün səyahət” adlı beynəlxalq layihədə Azərbaycanı təmsil edib. Layihədə nümayəndələrimiz Azərbaycanın mədəniyyət və incəsənətinin mühüm tərkib hissələrindən olan milli geyimlərimizi, mətbəximizi və rəqslərimizi iştirakçı ölkələrə tanıdıblar.
Bununla yanaşı, ölkə üzrə milli koordinator olduğu “İfadə azadlığı - Jurnalistlərin məlumat mənbələrinin qorunması ilə bağlı beynəlxalq hüquqi araşdırma”ya rəhbərlik edib. Sözügedən araşdırma isə Avropa Şurasının rəsmi saytında yerləşdirilib: “Avropa Şurasının saytını mütəmadi olaraq izləyirdim. Gənc nümayəndələrin iştirakı ilə bağlı elanı gördüm və namizədliyimi irəli sürdüm”.
Beləliklə, 21 yaşlı təmsilçimiz martın 22-24-də Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Yerli və regional səviyyədə etika və şəffaflıq” mövzusuna həsr edilmiş 30-cu plenar sessiyasına dəvət edilib. Əslən Zəngilandan olan, ürəyi yurd həsrəti ilə döyünən gəncimiz Strasburqda ölkəmizin torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu, nəticədə bir milyondan çox insanın məcburi köçkün vəziyyətində yaşadığını və bu halın təhlükəsizliyə ən böyük təhdid olduğunu diqqətə çatdırıb. Öz təbiri ilə desək, Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışıb. Ölkəyə qayıdan Sevil daha sonra Konqresin mahiyyəti və fəaliyyəti ilə bağlı seminarlar təşkil edib, gəncləri bu barədə maarifləndirməyə çalışıb. Növbəti Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 31-ci sessiyasında da iştirak haqqı qazanan Sevil bu dəfə dünya gənclərinin qarşılaşdığı qlobal problemlərə toxunmağı özünə borc bilib: “31-ci sessiyada daha aktiv olduğumu düşünürəm. Bu gün dünyada əksər gəncləri narahat edən bir sıra məsələlər var. Çıxışımda rasizm, ksenofobiya, qadın hüquqları və gender bərabərliyi kimi qlobal problemlərə toxunmağa çalışdım. Son bir neçə ildə əksər Avropa ölkələrində irqçilik və diskriminasiya hiss olunacaq dərəcədə artıb. Avropada on minlərlə gəncin işsiz qalması, onların əməkhaqqının azalması işsizlik və yoxsulluğun artması kimi sosial problemlərə səbəb olur. Bu prosesin qarşısının alınması üçün ciddi addımların atılmalı olduğunu diqqətə çatdırmağa çalışdım”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

