Dövlət Sərhəd Xidmətində 2016-cı ilin yekunları müzakirə olunub
24.12.2016 [11:22]
Dekabrın 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
DSX-nın mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev hərbi hissə və struktur qurumların xidməti fəaliyyətini yüksək qiymətləndirib, 2017-ci ildə xidmət qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.
Bildirilib ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2016-cı il döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olub. Dövlət sərhədlərinin mühafizəsinin təşkilində uğurların əldə olunması Ulu öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.
Bildirilib ki, 2016-cı ildə Dövlət Sərhəd Xidməti tərəfindən bir sıra nailiyyətlər əldə olunub. Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib. Xaricdə münaqişə zonalarında döyüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılıb. Habelə qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Sərhəd rejimini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4590 nəfər, dövlət sərhədini pozduqlarına görə 503 nəfər saxlanılıb. Bundan başqa, 49 milyon 319 min manat dəyərində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bu göstərici ötən illə müqayisədə 8,3 dəfə çoxdur. Hesabat dövründə keçən illə müqayisədə 7,2 dəfə çox - 1 ton 189 kiloqram 997,7 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Ötən il bu göstərici 165 kiloqram 185 qram təşkil edib.
Qeyd olunub ki, DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları gücləndirilib, üç yeni gəmi dəniz kampaniyasına qəbul olunub. Oktyabrda genişmiqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib. Azərbaycanın dəniz təlimləri tarixində ilk dəfə olaraq, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub və şəxsi heyət tərəfindən böyük döyüş məharəti nümayiş etdirilib.
Diqqətə çatdırılıb ki, müqabil ölkələrin sərhəd mühafizə qurumları ilə qarşılıqlı əməkdaşlıq formatları genişləndirilib. DSX-nin təşəbbüsü ilə 2016-cı ilin martında Bakıda Azərbaycan-Rusiya-İran sərhəd qurumları rəhbərlərinin üçtərəfli görüşü keçirilib. Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib. Bu baxımdan 134 binadan ibarət tikinti komplekslərinin əsaslı təmir-tikintisi, 424 xidməti mənzilin inşası həyata keçirilib.
DSX-nin hərbi qulluqçuları üçün Bakıda inşa olunmuş 624 mənzildən ibarət yaşayış şəhərciyi güzəştli ipoteka şərtləri əsasında şəxsi heyətin xüsusi mülkiyyətinə verilib. DSX-nin hərbi hissələrində, sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdirilib. Belə ki, hesabat dövründə bu cür 86 görüş keçirilib.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

