/ / Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri açıqlanıb
Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri açıqlanıb
17.05.2017 [10:27]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsinə uyğun olaraq “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə 9 nəfərdən ibarət komissiya yaradılıb.
Komissiyanın tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan 3 nəfər - Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu (komissiyanın sədri), Fondun Müşahidə Şurasının üzvü Ələsgərli Müşfiq Məşi oğlu, Fondun aparıcı məsləhətçisi Mustafayev Samir Elman oğlu; Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasından 3 nəfər - şuranın sədri Məhərrəmli Nuşirəvan Umud oğlu, Şuranın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavadov Nemət Rövşən oğlu, Şuranın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Mehdiyeva Aygün Ərəstun qızı; Azərbaycan Mətbuat Şurasından 3 nəfər - şuranın sədri Amaşov Əflatun Əhməd oğlu, Şuranın İdarə Heyətinin üzvü və Fondun Müşahidə Şurasının sədr müavini Rəhimzadə Vüqar Gəncəli oğlu, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Quliyev Aydın Alqulu oğlu daxildirlər.
Komissiyanın 2017-ci il mayın 16-da keçirilmiş ilk iclasında “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin şəffaf şəkildə qəbulu qaydaları müəyyənləşdirilib. İclasdan sonra komissiya üzvlərinin iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib.
Tədbir iştirakçılarını salamlayan Fondun icraçı direktoru, komissiyanın sədri Vüqar Səfərli əvvəlcə Azərbaycanın bu günlərdə bayram sevinci yaşadığını bildirib və idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarında ciddi nailiyyətlərə imza atması münasibətilə media nümayəndələrini təbrik edib. Komissiya sədri jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illərdə 2 yaşayış binasının tikilib istifadəyə verilməsini dünyada analoqu olmayan mütərəqqi təcrübə kimi dəyərləndirib. V.Səfərli qlobal maliyyə böhranının ölkəmizə mənfi təsirlərinə baxmayaraq, jurnalistlər üçün inşa edilən binanın tikintisinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.
V.Səfərli qeyd edib ki, dövlətimizin başçısının 2013-cü il 22 iyul tarixli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Səbail rayonu ərazisində 17 mərtəbəli, 3 girişli, 255 mənzilli sayca ikinci yaşayış binasının tikintisi başa çatdırılıb. V.Səfərli daha sonra “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri” barədə ətraflı məlumat verib.
Komissiyanın üzvü, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə mənzillərin verilməsi şərtlərinin müəyyənləşdirilməsi və sənəd qəbulu prosesinə başlanılması münasibətilə media nümayəndələrini təbrik edib. O, yalnız televiziya və radio yayımçılarının təqdimatlarının komissiya tərəfindən qəbul olunacağını, kabel yayımçılarının bu prosesdə iştirak etməyəcəklərini diqqətə çatdırıb.
Komissiyanın üzvü, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov jurnalistlər üçün mənzillərin tikilib istifadəyə verilməsini Azərbaycanda mediaya göstərilən yüksək diqqət və qayğının bariz göstəricisi kimi dəyərləndirib. Mətbuat Şurasının sədri komissiyanın bu məsuliyyətli prosesi tamamilə şəffaf və ədalətli şəkildə başa çatdıracağına əminliyini ifadə edib.
Sonda media nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

