BSU-da təhsil ekspertləri və KİV nümayəndələrinin iştirakı ilə ictimai monitorinq keçirilib
15.06.2017 [10:25]
Dünən Bakı Slavyan Universitetinin (BSU) təhsil ekspertləri və KİV nümayəndələrinin iştirakı ilə imtahan sessiyasının gedişini izləmək üçün ictimai monitorinq keçirilib. Monitorinq BSU-nun rektoru, professor Nurlana Əliyevanın 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə verdiyi əmrə əsasən təşkil edilib.
Ekspertləri və media nümayəndələrini qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva 2016-2017-ci tədris illərində universitetdə baş verən yeniliklər, yenidənqurma işləri, bu ali təhsil müəssisəsində keçirilən beynəlxalq və respublika konfransları, BSU-nun beynəlxalq müqavilələri barədə ətraflı məlumat verib. N.Əliyeva bildirib ki, 2 may 2017-ci il tarixindən BSU-da yay imtahan sessiyasına start verilib. İmtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, imtahanların gedişinə nəzarət, yarana biləcək şikayətlərin yerində operativ həll edilməsini təmin etmək məqsədi ilə universitetdə fəaliyyət göstərən Valideynlər Şurasının, Tələbə Gənclər Təşkilatının, tələbə və magistrantlardan formalaşan “Kölgə kabineti”nin, “Tələbə dünyası” qəzetinin nümayəndələrindən ibarət Operativ Qərargah yaradılıb.
Rektor Nurlana Əliyeva əlavə edib ki, qərargahı yaratmaqda məqsəd imtahanın gedişində obyektivliyi və şəffaflığı təmin etmək, qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə vaxtaşırı məlumat vermək, imtahan prosesinin bütün mərhələlərində fəal iştirakı təmin etməkdir.
Sonra təhsil ekspertləri və KİV nümayəndələri Operativ Qərargahın işi ilə yaxından tanış olublar. Qərargah rəhbəri, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov qərargahdakı iş rejimi barədə ətraflı məlumat verib. R.Novruzov tələbələrin imtahan cavablarını elektron formada asanlıqla əldə edə bildiklərini, münaqişəli məsələlərin yerindəcə həll edildiyini diqqətə çatdırıb.
Monitorinq çərçivəsində Beynəlxalq münasibətlər, Pedaqoji, Filologiya, Tərcümə fakültələrində 23 qrup üzrə imtahan yazı otaqlarına baxış keçirilib, imtahan prosesinin gedişi ilə əlaqədar tələbələrin fikirləri, onları maraqlandıran suallar dinlənilib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

