“Əziz Əliyev. Biblioqrafiya” kitabının və elektron məlumat bazasının təqdimatı olub
21.06.2017 [09:38]
İyunun 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi münasibətilə “Əziz Əliyev. Biblioqrafiya” kitabının və “Əziz Əliyev” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsindən danışıb. K.Tahirov görkəmli alimin vətən və xalq qarşısında misilsiz xidmətlərindən söhbət açaraq onun böyük təşkilatçı, dövlət xadimi olduğunu qeyd edib.
Kitabxananın direktoru bildirib ki, təqdimatı keçirilən biblioqrafiya Azərbaycanda səhiyyə sisteminə layiqli töhfələr vermiş Əziz Əliyevin yubileyi ilə əlaqədar Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib edilib. Buraya Əziz Əliyevin həyatını, elmi və ictimai fəaliyyətini əks etdirən ədəbiyyat toplanıb.
Sonra Əziz Əliyev haqqında sənədli film nümayiş olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Kitabxana tərəfindən görkəmli şəxsiyyətlər haqqında biblioqrafik göstəricilərin hazırlanmasını yüksək qiymətləndirib. Nazir Azərbaycan xalqının tarixində silinməz iz qoymuş Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən danışıb. Respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasında onun xüsusi xidmətləri olduğunu qeyd edib.
Əbülfəs Qarayev Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində Əziz Əliyevin böyük rolu olduğunu vurğulayıb. Nazir, Əziz Əliyev nəslinin davamçılarının mədəniyyətə, incəsənətə bağlı insanlar olduğunu bildirərək bu ənənənin indi də davam etdiyini deyib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov görkəmli alimin səhiyyə elminə, tibb təhsilinə töhfələrindən danışıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Nizami Cəfərov və Aydın Mirzəzadə, Bakı Dövlət Universitetinin biblioqrafiya kafedrasının müdiri Nadir İsmayılov, publisist-politoloq Reyhan Mirzəzadə görkəmli alimin nümunəvi həyat yolundan söz açıb, ömrünü tibb elminin inkişafına həsr edən Əziz Əliyevin Azərbaycanda səhiyyə işinin təşkilinə xüsusi diqqət yetirdiyindən, onun bu sahədəki əvəzsiz xidmətlərindən danışıblar.
Çıxış edənlər biblioqrafiyada Əziz Əliyevin həyat və yaradıcılığına geniş yer verildiyini vurğulayaraq, nəşri yüksək qiymətləndiriblər.
Qeyd edək ki, biblioqrafiyada görkəmli alimin əsərləri, həyat və yaradıcılığına dair 1933-cü ildən 2017-ci ilədək geniş bir dövrü əhatə edən ədəbiyyat öz əksini tapıb. Biblioqrafik göstərici Azərbaycan və rus dillərində tərtib edilib, materiallar bölmələr daxilində xronoloji prinsiplə, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılıb.
Tədbirdə “Əziz Əliyev” elektron məlumat bazası təqdim edilib. Qonaqlar, həmçinin “Əziz Əliyev-120” kitab sərgisi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47

