/ / Xarici KİV nümayəndələri və hərbi attaşelər şəxsən şahid oldular ki, Alxanlıda mülki insanlar hədəf seçilib
Xarici KİV nümayəndələri və hərbi attaşelər şəxsən şahid oldular ki, Alxanlıda mülki insanlar hədəf seçilib
07.07.2017 [09:39]
Xarici KİV nümayəndələri və hərbi attaşelər şəxsən şahid oldular ki, bu ərazilərdə hər hansı hərbi təyinatlı obyekt olmayıb. Ermənistan silahlı qüvvələri tərəfindən yalnız mülki insanları hədəfə almaq üçün hücum həyata keçirilib ki, buna görə də Ermənistanın siyasi rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Füzuli rayonunun Alxanlı kəndində jurnalistlərə müsahibəsində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev səsləndirib.
O bildirib ki, Alxanlıya təşkil olunan səfərdə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Rusiyanın hərbi attaşeləri, Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatı iştirak edib. Həmçinin bir sıra nüfuzlu xarici KİV nümayəndəsi Alxanlıya gəlib. Hesab edirik ki, onlar burada gördükləri barədə öz ölkələrinin ictimaiyyətinə obyektiv məlumatlar çatdıracaqlar.
“Azərbaycan tərəfinin müraciəti əsasında Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən hadisə yerinin qiymətləndirilməsi aparılıb. Eyni zamanda, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişikin ofisinə müraciət edib ki, onlar tərəfindən də bu faktın qiymətləndirilməsi həyata keçirilsin. Ermənistan tərəfi məqsədyönlü şəkildə təbliğat aparır və beynəlxalq ictimaiyyəti aldatmaq, öz cinayətini gizlətmək istəyir: guya bu kənddə hərbi təyinatlı məntəqələr olub və onlar bu hücumu hərbi zərurət nöqteyi-nəzərindən həyata keçiriblər. Halbuki bu kənddə indiyədək hər hansı hərbi təyinatlı obyekt olmayıb”, - deyə XİN rəsmisi bildirib.
Artıq Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən bu qanlı cinayəti kəskin şəkildə pisləyən bəyanat verildiyini vurğulayan Hikmət Hacıyev deyib: “İslam Əməkdaşlıq Təşkilatı da müvafiq bəyanatla çıxış edib. ATƏT-in Minsk qrupunun verdiyi bəyanat isə ilkin xarakter daşıyır. Hesab edirik ki, həmsədr ölkələrin hərbi attaşeləri bir peşəkar hərbçi kimi hadisələri qiymətləndirərək, öz hesabatlarını təqdim edəcəklər. Bunun nəticəsində həmin ölkələr daha obyektiv bəyanatla çıxış edəcək, Ermənistanın bu cinayətinə kəskin şəkildə münasibət bildirəcəklər”.
Hikmət Hacıyevin sözlərinə görə, hadisə yerindəki faktlar ümumiləşdirilərək bütün diplomatik nümayəndəliklərə göndərilir, onlar tərəfindən beynəlxalq təşkilatlara, akkreditə olduqları ölkələrin diqqətinə çatdırılır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31

