TÜİB-in növbəti ümumi yığıncağı keçirilib
03.10.2017 [09:55]
Sentyabrın 30-da Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) növbəti ümumi yığıncağı keçirilib. Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Azərbaycanın dövlət qurumlarının təmsilçilərinin, rektorların, iş adamlarının və ictimai birliklərin nümayəndələrinin iştirak etdiyi tədbir Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, həmçinin şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Sonra yığıncağı giriş sözü ilə açan TÜİB-in rəhbəri Ali İhsan Genc qurumun ötən ayları əhatə edən fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. TÜİB sədri çıxışında qurumun tərkibindəki biznes quruluşlarının fəaliyyəti haqqında ətraflı danışaraq, Azərbaycan iqtisadiyyatının inkişafına bundan sonra da töhfə verməyə hazır olduqlarını deyib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan iqtisadiyyatının sürətli inkişafından söz açaraq, bu prosesdə türkiyəli iş adamlarının da müəyyən pay sahibi olduğunu vurğulayıb: “2017-ci ilin göstəricilərinə əsasən demək olar ki, Azərbaycan bir çox çətinlikləri dəf edib və uğurla irəliləyir. İnanıram ki, Azərbaycanın bu uğuru 2018-ci ildə də davam edəcək”.
Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Vergilər Nazirliyinin departament rəhbəri Şamil Ərəbov, Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi İsmayıl Abdullayev, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natəvan Məmmədova və digərləri çıxış edərək, təmsil etdikləri qurumlarla TÜİB arasında qurulmuş əməkdaşlıq haqqında geniş danışıblar.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Səsvermənin nəticələrinə əsasən, “Büyükfırat Group”un rəhbəri Hüseyn Büyükfırat TÜİB-in yeni sədri seçilib. Həmçinin TÜİB-in İdarə Heyətinin və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.
Yığıncağın sonunda söz alan Hüseyn Büyükfırat TÜİB-in gələcək fəaliyyətlərində də Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qardaşlığına layiq bir qurum olacağını bildirib.
NADİR
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

