Məişət zorakılığının qarşısının alınması ilə bağlı məlumat bankının təqdimatı olub
05.10.2017 [10:06]
Məişət zorakılığının qarşısının alınması istiqamətində məlumat bankının yaradılmasının bir sıra müsbət cəhətləri var.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 4-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Əhali Fondu ilə birgə təşkilatçılığı ilə keçirilən məişət zorakılığına dair elektron məlumat bankının təqdimatında komitənin sədri Hicran Hüseynova deyib.
Dövlət Komitəsinin sədri bildirib ki, zorakılıqla mübarizə aparmaq, bununla bağlı mövcud qanunvericiliyi təkmilləşdirmək, yanlış stereotipləri dəyişmək üçün müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə səmərəli iş birliyi aparmaq çox vacibdir. Qeyd olunub ki, məişət zorakılığı ilə bağlı məlumat bankı “Azərbaycanda gender əsaslı zorakılığa qarşı mübarizə” layihəsi çərçivəsində yaradılıb. Zorakılığı dünyanın ən çətin problemlərindən biri adlandıran Hicran Hüseynova bu məsələ ilə bağlı Azərbaycan cəmiyyətinin də narahatlıq keçirdiyini diqqətə çatdırıb. O deyib ki, “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydaları” təsdiq edilib. “Mən bir neçə nümunə çəkmək istəyirəm. Məsələn, məişət zorakılığı ilə bağlı məlumat bankına yığılmış məlumatların təhlili göstərdi ki, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalırlar. Ona görə də qadınların, xüsusilə də kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakı daha da gücləndirilməlidir”, - deyə komitə sədri qeyd edib.
BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev bildirib ki, bu təcrübə hələ bir çox region ölkələrində yoxdur. Məlumat bankının olması məişət zorakılığından əziyyət çəkən insanları izləməyə imkan yaratmaqla, bu sahədə həyata keçirilən layihələrin səmərəli olduğunu qiymətləndirməyə kömək göstərəcək. Fərid Babayev məlumat bankının modelinin bütün regionda ən yaxşı təcrübələrdən biri olacağına inandığını deyib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis məişət zorakılığının cəmiyyətin əsaslarına ciddi zərbə vurduğunu bildirib. O, məlumat bankının yaradılmasını məişət zorakılığının qarşısının alınması istiqamətində atılan vacib addım hesab etdiyini diqqətə çatdırıb.
Sonra “E-box” şirkətinin baş direktoru Şamo Salayev bankın onlayn fəaliyyəti barədə məlumatı təqdim edib. Təqdimatda məlumat bankının fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

