Bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi zamanın çağırışlarına cavab verən addımdır
25.10.2017 [10:03]
Bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi vaxtında qəbul edilmiş və zamanın çağırışlarına cavab verən addımdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabirabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən regional konfransda səsləndirilib.
Bölgədə fəaliyyət göstərən hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərlərinin, YAP rayon təşkilatının rəhbərliyinin, dini işlər üzrə komissiyanın üzvlərinin, dini icma sədrlərinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfrans Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edilmiş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.
Sonra Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə töhfəsini verəcək.
DQİDK-nın sədri Mübariz Qurbanlı Ümummilli lider Heydər Əliyev tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan mükəmməl dövlət-din modeli sayəsində ölkəmizdə milli mənəvi dəyərlərə qayıdışın əsasının qoyulduğunu, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərildiyini, ölkədə etiqad, inanc azadlığının tam təmin edildiyini vurğulayıb. Komitə sədri Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə də sabitliyin əldə olunması, ümumilikdə İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi istiqamətində də əməli addımların atıldığını qeyd edib. O, bu ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunmasının vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən addım olduğunu bildirib.
Konfransda nümayiş etdirilən “Şəhadət” sənədli filmi barədə də fikirlərini bölüşən Mübariz Qurbanlı DQİDK-nın dini radikalizmə qarşı həyata keçirilən maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması istiqamətində sənədli filmlərin hazırlanmasına xüsusi önəm verdiyini vurğulayıb. O, vətənpərvərliyin təbliği və təşviqi məqsədilə hazırlanan “Şəhadət” sənədli filmində vətənə sevgi ilə yanaşı, eyni zamanda, dini ekstremizmin törətdiyi faciələrə diqqət çəkildiyini deyib.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.
Konfransın ikinci panelində “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda müzakirələr aparılıb.
Rayonun məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinlərinin, məktəb psixoloqlarının, “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin, gənclərin iştirak etdikləri tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açıb. O, rayonda dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən, Dövlət Komitəsinin dəstəyi ilə dini icmaların həyata keçirdiyi maarifləndirmə tədbirlərinin cəmiyyətin, xüsusilə gənclərin sağlam dini biliklərlə təmin edilməsindəki rolundan danışıb.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov müstəqilliyimizin bərpasından sonra respublikamızda dini fəaliyyət sahəsində dözümlülük mühitinin yeni bir dövrə qədəm qoyduğunu, bu sahənin normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldığını bildirib. Sədr müavini Azərbaycanda mövcud olan bu tolerantlığın, sabitliyin qorunub-saxlanılmasında milli mənəvi, dini dəyərlərin təbliğinin, xüsusilə gənclər arasında düzgün aparılmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev Dövlət Komitəsinin gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətinə toxunub.
DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov məruzəsində XX əsrin sonlarından etibarən bəşəriyyətin bəlasına çevrilən dini radikalizmin miqyası, əhatə dairəsi, gətirdiyi qorxunc fəsadlar barədə danışıb.
Konfrans işini iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19

