Göyçay: XII Nar festivalı rəngarəngliyi və tədbirlərin zənginliyi ilə fərqlənib
04.11.2017 [00:57]
Noyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “AzNar” QSC-nin maliyyə dəstəyilə keçirilən XII Nar festivalı rəngarəngliyi və tədbirlərin zənginliyi ilə əvvəlkilərdən xeyli fərqlənib.
Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının, ümumilikdə, 30 minə yaxın insanın iştirak etdiyi möhtəşəm Nar festivalı, həmçinin milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar və ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri düzüblər.
Nar festivalının iştirakçıları Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıblar. Qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi meydanda qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb. Xanəndələrin ifasında nara həsr olunmuş milli musiqi, muğam və folklor nümunələri təqdim edilib. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar.
İki gün davam edəcək festivalın rəsmi açılış mərasimində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış ediblər. Qeyd olunub ki, artıq 12-ci dəfədir təşkil edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir.
Meydanda təşkil olunan kitab sərgisi, nümayiş etdirilən əl işləri, qədim sənət nümunələri maraqla izlənilib, idmançıların, rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları alqışlarla qarşılanıb.
Festival çərçivəsində “AzNar” QSC-nin dəstəyi ilə yaradılan “Nar” abidəsinin açılış mərasimi olub, “Ən gözəl nar qızı” respublika müsabiqəsi keçirilib. Podiuma milli geyimdə çıxan qızlar arasında birinci yeri Şövkət Əsədullayeva tutub. Ona “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov tərəfindən 5000 manat mükafat verilib. Müsabiqədə ikinci və üçüncü yeri tutan iştirakçılara da pul mükafatları təqdim olunub.
Yerli və xarici qonaqların bir qrupunun “AzNar” QSC-yə səfəri təşkil edilib, onlara zavodun istehsal prosesi və qazandığı uğurlar barədə məlumat verilib.
Bayram tədbirində qonaqlar sərgi masalarına yaxınlaşaraq nardan hazırlanan məhsulların, o cümlədən nardançanın, nar şərabın, nar şirəsinin, nar mürəbbəsinin, həmçinin milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plovun, təndir çörəyinin, yuxanın, kətənin, motal pendirin və müxtəlif şirniyyatların dadına baxıblar. Festivalda nara həsr olunan şeir və mahnılar səsləndirilib, rayon bədii özfəaliyyət kollektivlərinin, aşıqların, meyxanaçıların, kəndirbazların, musiqi məktəbi şagirdlərinin çıxışları alqışlarla qarşılanıb. Heydər Əliyev prospektində idmançıların, mahnı-rəqs qruplarının çıxışları olub, müxtəlif mədəni-əyləncəli proqramlar təşkil edilib.
Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib, atəşfəşanlıq olub.
Qeyd edək ki, festival noyabrın 4-də davam edəcək. Həmin gün Heydər Əliyev parkında nar və nar məhsullarının satış yarmarkaları təşkil olunacaq, nar dənələrindən hazırlanan müxtəlif fiqurlar nümayiş etdiriləcək, eləcə də Göyçay şəhər stadionunda “AzNar” və “Neftçi” futbol komandaları arasında “Nar kuboku” uğrunda oyun keçiriləcək.
Xəbər lenti
Hamısına baxSosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39

