Bakıda kibertəhlükəsizlik məsələlərinə dair beynəlxalq illik konfrans işə başlayıb
08.11.2017 [09:48]
Noyabrın 7-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (CERT) “Gələcək təhlükələrin aşkar edilməsi” adlı IX beynəlxalq illik konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, yerli tərəfdaşları “Delta Telecom LTD” MMM və “Azinfosec”, xarici tərəfdaşları isə “May Cyer Technology”, “THALES” və “Videntifier” şirkətləridir. Tədbirin akademik dəstəkçisi ADA Universitetidir. Konfransda İƏT-ə üzv olan 21, üzv olmayan 11 ölkədən nümayəndələr, həmçinin nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, “Delta Telecom LTD”nin texniki direktoru Atəş Rzayev və digər müvafiq qurumların təmsilçiləri iştirak ediblər.
Konfransda yeni nəsil kibertəhdidlər, gizli kiberindikatorların işlənilməsi, əşyaların interneti, kibercinayətkarlıqda yeni trendlər, informasiya itkisinə səbəb olan boşluqlar və sair mövzularda müzakirələr aparılıb. Müzakirələrlə yanaşı, konfrans çərçivəsində keçiriləcək praktiki təlimlərdə kibersimulyasiyalar vasitəsilə təhdidlərin analizi və onlardan qorunma yollarının nümayişi planlaşdırılır.
Açılış mərasimində çıxış edən Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyev konfransın əhəmiyyətini qeyd edərək qloballaşan dünyada kiberhücumların böyük risklər yaratdığını deyib. Azərbaycan Prezidentinin kibertəhlükəsizlik sahəsinə olan böyük diqqət və qayğısını xüsusi qeyd edən Mürsəl Vəliyev informasiya təhlükəsizliyinin ölkədə ən prioritet məsələlərdən biri olduğunu bildirib. Heç bir sərhəd tanımayan kibertəhdidlərə qarşı mübarizədə ölkələrin fərdi fəaliyyətinin səmərəlilik baxımından yetərsiz olduğunu vurğulayan general-leytenant dünya CERT mərkəzlərinin beynəlxalq səviyyədə əməkdaşlığını, o cümlədən İslam ölkələri CERT-lərinin birgə fəaliyyətini yüksək qiymətləndirib. Agentliyin rəisi, həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində səyləri birləşdirmək və bu sahədə təcrübə mübadiləsi aparmaqla qlobal və regional kibertəhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etməyin mümkün olduğunu qeyd edib.
Tədbirin Bakı şəhərində keçirilməsi təşəbbüsünün irəli sürülməsinə görə İƏT-CERT-in İdarə Heyətinə təşəkkürünü bildirən Mürsəl Vəliyev Beynəlxalq CERT təşkilatlarının illik konfranslarının hər il fərqli ölkələrdə keçirilməsinin həmin regionlarda müvafiq sahələrin inkişafına və informasiya təhlükəsizliyi məsələlərinə diqqətin daha çox ayrılmasına öz töhfəsini verəcəyini söyləyib. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini bildirib ki, Azərbaycan CERT-in idarə heyətinin üzvü kimi kibertəhlükəsizlik sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və bundan sonra da bu istiqamətdə səylərini əsirgəməyəcək.
CERT-in rəhbəri Badar Əli Səid Salehi bildirib ki, bütün ölkələr informasiya təhlükəsizliyinin necə vacib məsələ olduğunu yaxşı anlayır və bu istiqamətdə lazımi tədbirlər görməyə çalışırlar. O, Azərbaycanın İƏT çərçivəsində kibertəhdidlərə qarşı mübarizəyə töhfələrini yüksək qiymətləndirdiklərini bildirib.
İƏT-in İT Departamentinin direktoru Vəcdi Əlquliti real və potensial təhdidlərə qarşı mübarizə yollarının müzakirəsinin vacib olduğunu söyləyib. O, müasir dövrdə terrorizmin informasiya texnologiyalarından istifadə edərək cinayət əməlləri törətdiyini deyib və bunun qarşısının alınmasında səylərin birləşdirilməsinin önəmini vurğulayıb. “Kibercinayətlərin yeni tendensiyalarının və formalarının yaranmasının qarşısını almalıyıq. Texnologiyaların sürətli inkişafı həyatımızı asanlaşdırır, bununla belə bu texnologiyalar nəzərdə tutulan məqsədlərdən kənar istifadə oluna bilər və təhlükəsizlik məsələlərinə təhdid yarada bilər”, - deyə o bildirib.
Konfransda Azərbaycan və İƏT ölkələrindən bir qrup şəxsə CERT adından kibertəhlükəsizlik sahəsindəki töhfələrə görə diplomlar təqdim edilib.
Konfransın sessiyalarında Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəhbəri Tural Məmmədov, Pakistanın İnformasiya Təhlükəsizliyi Assosiasiyasının sədri Ammar Cafri, Team Cymru qrupunun nümayəndəsi Jakomo Pikkolini, Məşhəd Firdovsi Universitetinin professoru Mohsen Kahani, Türkiyənin MAY Cyber Technologies şirkətinin nümayəndəsi Necati Ərtoğrul və digərləri kibertəhlükə mənbələri, kibercinayətlərin mobil tətbiqlər vasitəsilə törədilməsi, yeni kibertəhdid formalarının vaxtında aşkar olunması və onlarla mübarizə yolları ilə bağlı çıxışlar ediblər. Qeyd olunub ki, kibertəhlükələr sosial mediada, gündəlik istifadə etdiyimiz proqram təminatlarında özünü göstərə bilər. Dövlətlər bu təhdidlərin qarşısının alınması üçün lazımi tədbirlər görsə də, insanların maarifləndirilməsi bu məsələdə önəmli amildir.
Konfrans işini noyabrın 9-da başa çatdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

