/ / UNICEF-in regional direktoruna Azərbaycanda gənclər sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib
UNICEF-in regional direktoruna Azərbaycanda gənclər sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib
23.11.2017 [10:05]
Noyabrın 22-də gənclər və idman naziri Azad Rəhimov BMT Uşaq Fondunun (UNICEF) Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru xanım Afşan Xan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən görüşdə Azad Rəhimov qonağa Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. Azərbaycanda əhalinin üçdəbirini təşkil edən gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayan nazir ölkəmizdə bu sahədə mühüm Dövlət proqramlarının qəbul edildiyini bildirib. Diqqətə çatdırıb ki, bu proqramlar gənclərin inkişafına, beynəlxalq əlaqələrinin genişləndirilməsinə və ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmələrinə əlverişli şərait yaradıb. Bu gün ölkəmizin bütün bölgələrində istifadəyə verilən Gənclər evləri də gənclərin inkişafında, onların bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır.
A.Rəhimov Gənclər evlərinin işinin daha da təkmilləşdirilməsi istiqamətində bir sıra layihələrin həyata keçirildiyini, həmin mərkəzlərdə gənclərin inkişafı üçün dərnəklərin, klubların fəaliyyət göstərdiyini, xarici dil, mədəniyyət, incəsənət, peşə ixtisasları və s. üzrə təlim və kursların təşkil edildiyini bildirib. Nazir UNESCO-nun gənclərlə iş sahəsində Azərbaycan ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb və buna görə minnətdarlığını çatdırıb.
Gənclər və idman naziri qonağa Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər barədə də məlumat verib. Bildirib ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan son iki ildə birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 və s. mötəbər yarışlara uğurla ev sahibliyi edib. Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdə parlaq qələbələr qazanaraq ölkəmizi uğurla təmsil edirlər. İdmançılarımız Rio Olimpiadasında 18 medal qazanaraq bu göstərici üzrə Olimpiadada 14-cü olublar.
Son illər Azərbaycanda gənclər və idman sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan xanım Afşan Xan ölkəmizin bu baxımdan dünyada seçildiyini bildirib. Qonaq Azərbaycanda Gənclər evlərinin fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb, bunun yaxşı nümunə olduğunu bildirib. Qeyd edib ki, UNESCO Azərbaycanda gənclər sahəsində həyata keçirilən tədbirləri fəal dəstəkləyir və bu istiqamətdə əməkdaşlığın inkişafında maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

