Pilot ərazilərdə Şəkərli Diabet Məktəbləri yaradılır
30.11.2017 [10:15]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda şəkərli diabet xəstəliyi və sağlam qidalanmaya həsr olunan sağlamlıq həftələri təşkil edib. Sağlamlıq həftələri çərçivəsində müayinələrdən keçənlərin sağlamlıq vəziyyətini və müalicə-profilaktik tədbirlərin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırlanan registr sisteminin məlumatları təhlil edilib.
Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.
Toplanan məlumatlardan məlum olub ki, sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 2314 nəfər tibbi müayinələrdən keçib və ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilib. Sağlamlıq həftələri müddətində 598 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçib.
Müraciət edən vətəndaşların 423 nəfəri 0-15 yaş, 267 nəfəri 16-25 yaş, 325 nəfəri 26-35 yaş, 349 nəfəri 36-45 yaş, 402 nəfəri 46-55 yaş, 536 nəfəri 56-70 yaş arasında, 12 nəfəri isə 70 yaşdan yuxarı olublar.
Müraciət edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. 896 nəfər son 1 ay ərzində, 359 nəfər son 3 ay, 387 nəfər son 6 ay ərzində, 171 nəfəri son 1 il ərzində, 103 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçib. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 242 nəfər təşkil edib. 156 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Əldə olunan statistik göstəricilər deməyə əsas verir ki, icbari tibbi sığortanın tətbiqinə başlanması ilə vətəndaşların müayinələrə cəlb olunma tezliyində artım müşahidə olunub. Belə ki, ümumi müraciət etmiş 2314 nəfərdən 1642 nəfəri son 6 ay ərzində müayinələrdən keçib.
Müraciət etmiş 2314 nəfərdən 778 nəfərinin 2-ci tip şəkərli diabet xəstəsi olduğu təsbit edilib. Ailə həkimləri tərəfindən 123 nəfərdə 2-ci tip şəkərli diabet xəstəliyi erkən aşkarlanaraq xəstələrin müvafiq müalicəyə başlaması təmin edilib.
Şəkərli diabetlə əlaqədar müraciət edən digər şəxslərə şəkərli diabetin profilaktikası, ilkin əlamətləri və sağlam həyat tərzinə dair tövsiyələr verilib. Həmçinin, pilot ərazilərin sakinlərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əhalinin maarifləndirilməsi məqsədilə hazırlanmış “Diabet xəstəlik deyil, həyat tərzidir” yaddaş kitabçası və “Sağlam qidalanaraq yaşayın!” bukleti paylanılıb.
Qeyd edək ki, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə sağlamlıq həftələri çərçivəsində cari ilin noyabrın 17-də Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində çalışan ailə həkimlərinin şəkərli diabet xəstəliyinə dair bilik və bacarıqlarını təkmilləşdirmək üçün təlim təşkil edilib.
Şəkərli diabet xəstələrinin səhhətlərində yarana biləcək problemlərin və diabetlə bağlı ağırlaşmaların profilaktikası məqsədilə, Agentlik tərəfindən pilot ərazilərdə Şəkərli Diabet Məktəblərinin yaradılmasına başlanılıb. Şəkərli Diabet Məktəbləri pilot ərazilərdə şəkərli diabet xəstəliyindən əziyyət çəkən əhalinin şəkərli diabetə nəzarətə dair biliklərini artırmaq, xəstəliyə bilavasitə pasiyent tərəfindən də nəzarəti təmin etmək, xəstəliyin ağırlaşmalarını erkən aşkarlamaq və vaxtında qarşısını almaq üçün müstəsna rol oynayacaq. Məktəb şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün əhəmiyyətli olacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

