/ / Qəzet kağızının gömrük rüsumundan azad edilməsi çap mediasının inkişafına xidmət edən növbəti addımdır
Qəzet kağızının gömrük rüsumundan azad edilməsi çap mediasının inkişafına xidmət edən növbəti addımdır
09.12.2017 [00:47]
Baş redaktorlar hesab edirlər ki, bu qərar Azərbaycanda mətbuatın inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini təsdiq edir
Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Söz, fikir azadlığının qorunmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycanda media strukturlarının maddi texniki bazasının təkmilləşdirilməsi, eləcə də jurnalistlərin sosial rifahının yüksəldilməsi yönümündə mühüm addımlar atılır. Vurğulamaq lazımdır ki, son 14 ildə medianın inkişafı, qəzetlərin maliyyə durumunun yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti tərəfindən onlarla Sərəncam və fərmanlar imzalanıb. Jurnalistlərə fəxri adların verilməsi, qəzetlərin nəşriyyatlara olan borclarının həlli istiqamətində görülən tədbirlər, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, həmçinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri” haqqında sərəncamlar ölkəmizdə medianın inkişafının hər zaman diqqət mərkəzində olduğunu sübut edir. Bu qəbildən növbəti addım isə qəzet kağızının idxal gömrük rüsumundan tam azad edilməsidir. Xatırladaq ki, gələn il yanvarın 1-dən etibarən Azərbaycana idxal edilən qəzet kağızı idxal gömrük rüsumundan tam azad olunub. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb. Qeyd edək ki, hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən rulonlarda və ya vərəq şəklində ölkəyə gətirilən qəzet kağızına 0,50 faiz gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən bu növ qəzet kağızına idxal gömrük rüsumu tətbiq olunmayacaq. Yarımsellülozdan və saman kütləsindən büzmə üçün kağız da 0,50 faizlik idxal gömrük rüsumundan azad olunub.
Vurğulandığı kimi, bu addım qəzetlərin maliyyə durumunun yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdəndir. Bunu çap mediasının rəhbərləri də təsdiqləyirlər.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkə Prezidenti İlham Əliyevin medianın, konkret olaraq çap mediasının inkişafı ilə bağlı davamlı tədbirlər həyata keçirdiyini, Azərbaycan mediasının müasir inkişafının ümumilikdə cəmiyyətimizin, dövlətimizin inkişafı ilə paralellik təşkil etdiyini bildirib. Baş redaktorun sözlərinə görə, qəzet kağızının idxal gömrük rüsumundan tam azad olunması olduqca təqdirəlayiq haldır və bu, qəzetlərin maliyyə imkanlarının daha da genişləndirilməsində əsaslı rol oynayacaq: “Mən bu addımı çox yüksək dəyərləndirirəm. Bir qəzet baş redaktoru kimi bildirmək istəyirəm ki, qəzet kağızının idxal gömrük rüsumundan azad edilməsi jurnalistikaya, çap mediasına göstərilən diqqət və qayğının əyani təsdiqidir. Bu, qəzetlərin maliyyə imkanlarının daha da yaxşılaşmasına, qəzetlərin kağız təchizatı ilə bağlı yaşadığı problemin aradan qaldırılmasına böyük bir töhfədir. Mən rəhbərlik etdiyim qəzetin kollektivi adından ölkə Prezidentinə bu məsələni diqqətdə saxladığı üçün təşəkkür edirəm. Bu rüsumun aradan qaldırılması qəzetlərə növbəti çox böyük bir maliyyə dəstəyi oldu”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də Azərbaycan dövlətinin mətbuata verdiyi dəstəyin yüksək səviyyədə olduğunu dilə gətirib. Onun sözlərinə görə, media dövlətin qayğısını hər zaman yaxından hiss edib. Baş redaktor bildirib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi haqqında Konsepsiyasının qəbul edilməsi, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, fond vasitəsilə həyata keçirilən layihələr, həm maliyyə, həm də sosial baxımdan mediaya ciddi dəstəyin verilməsi, jurnalistlərin mənzil problemlərinin həlli olduqca mühüm addımlardır: “Qəzet kağızının gömrük rüsumundan tam olaraq azad edilməsi də çap mediasının inkişafına bu mənada növbəti böyük dəstəkdir. Vurğulayım ki, çap mediasının rəhbərlərinin Mətbuat Şurasına müraciəti olmuşdu. Bu müraciət hər zaman olduğu kimi, ölkə Prezidenti tərəfindən xüsusi diqqətə alındı və Azərbaycan mətbuatının klassik ənənələrini yaşadan çap mediasına dövlət öz dəstəyini əsirgəmədi. Bu, şübhəsiz ki, medianın fəaliyyətinə müsbət təsir göstərəcək və qəzetlərin fəaliyyətlərini davam etdirməsi üçün böyük önəm kəsb edəcək”.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də Azərbaycanda mediaya dövlət dəstəyi siyasətinin sistemli və davamlı xarakter daşıdığını söyləyib. İ.Quliyev bildirib ki, son illər ümumdünya iqtisadi böhranı, neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycan dövləti heç bir sosial layihəni, o cümlədən də mediaya dövlət dəstəyini dayandırmadı, əksinə, daha da artırdı. Baş redaktor onu da qeyd edib ki, bəlkə də, dövlətin yardımları olmasaydı, kütləvi informasiya vasitələri arasında öz dəst-xətti olan və təmsil etdiyi xalqın, millətin, dövlətin yazılı salnaməsini yaradaraq gələcək nəsillərə çatdıran qəzetlər çoxdan bağlanmışdı: “Əlbəttə ki, qəzet kağızının gömrük rüsumundan tam olaraq azad edilməsi haqqında qərar hər bir jurnalist, qəzet kollektivi tərəfindən yüksək dəyərləndirilir. Bu qərar çap xərclərinə müsbət mənada təsir edəcək. Bildirim ki, qəzet kağızına ƏDV tətbiqindən sonrakı zaman kəsiyində çap mediasının maddi vəziyyəti müəyyən mənada çətinləşmişdi, xərclər artmışdı. O cümlədən qəzetlərin çap xərcləri də xeyli artmışdı. Artıq ümid edirəm ki, çap xərclərində müəyyən endirim olacaq. Bu qərarı Azərbaycan dövlətinin mətbuata növbəti dəstəyi kimi qiymətləndirirəm”.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46

