/ / Kamran Əliyev: Həyata keçirilmiş tədbirlər onu göstərir ki, dövlətimiz hüquq islahatlarını beynəlxalq standartlara uyğunlaşdırma istiqamətində həyata keçirir
Kamran Əliyev: Həyata keçirilmiş tədbirlər onu göstərir ki, dövlətimiz hüquq islahatlarını beynəlxalq standartlara uyğunlaşdırma istiqamətində həyata keçirir
29.12.2017 [09:59]
“Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ölkənin siyasi rəhbərliyinə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlanılıb. Ulu öndərin uzaqgörən inkişaf strategiyası, ilk növbədə, cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsini, mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını nəzərdə tutub. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendumla qəbul edilən müstəqil dövlətimizin ilk milli Konstitusiyası Azərbaycanın demokratik dəyərlərə söykənərək inkişaf yolunu seçən bir dövlətə çevrilməsində yeni bir mərhələnin təməlini qoyub, qısa zaman kəsiyində həyata keçirilmiş köklü islahatlar nəticəsində məhkəmə və prokurorluq orqanları müstəqilliyi təmin edilməklə yenidən formalaşdırılıb və beynəlxalq standartların tələblərinə cavab verən qanunvericilik bazası yaradılıb”. Bu fikirlər Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin məqaləsində yer alıb. Onun sözlərinə görə, əsası Ulu öndər tərəfindən qoyulan Bu siyasət 2003-cü ildə cənab İlham Əliyevin prezident seçilməsindən sonra da uğurla davam etdirilərək məhkəmə-hüquq və qanunvericilik islahatları dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməklə genişləndirilib: “Ölkəmizin beynəlxalq inteqrasiyasının sürətlənməsi, dövlət idarəçiliyində mütərəqqi texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi ilə xarakterizə olunan bu dövrdə institusional islahatlar qanunvericilik islahatları ilə paralel şəkildə davam etdirilib, korrupsiya və oxşar neqativ təzahürlərə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan olunaraq iqtisadi inkişafın təməllərinin möhkəmləndirilməsinə xidmət edib”.
Kamran Əliyevin qeyd etdiyinə görə, insan və vətəndaşın hüquq və azadlıqlarının və vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Konstitusiyamızın ruhu ilə səsləşən dövlət siyasəti və reallaşdırılan islahatlar ədalət, qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipləri ilə yanaşı humanizm prinsiplərinə də söykənir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyulması, 1998-ci ildə isə ölüm cəzasının ləğv edilərək cəzanın sistemindən çıxarılması, Prezident İlham Əliyev tərəfindən mütəmadi şəkildə imzalanan və indiyədək minlərlə insanı əhatə etmiş əfv sərəncamları, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən və 40 minə yaxın insanı əhatə edən 4 amnistiya aktı humanizm dəyərlərinin dövlət siyasətinin təməllərindən olmasının əyani sübutlarındandır. O, bildirib ki, həyata keçirilmiş tədbirlər onu göstərir ki, dövlətimiz hüquq islahatlarını beynəlxalq standartlara uyğunlaşdırma istiqamətində həyata keçirir, cəzanın nəzəri baxımdan deyil, praktiki olaraq sosial ədalətin bərpası, məhkumun islah olunması və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi vasitəsinə çevirmək istiqamətində cəza-hüquq siyasəti aparır və ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da genişləndirilməkdədir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

