Bakı Dövlət Universiteti Milli Nüvə Tədqiqatları Mərkəzi ilə əməkdaşlıq edəcək
10.01.2018 [10:14]
Yanvarın 9-da Bakı Dövlət Universitetində (BDU) bu ali məktəb ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti (MNTM QSC) arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Sənəddə elmi əməkdaşlıq, mərkəzdə BDU-nun “Maddə quruluşu” kafedrasının filialının və ya baza kafedrasının yaradılması, gələcəkdə digər bəzi baza kafedralarının da təşkili, universitetin tələbə, magistr və doktorantlarının nüvə ölkələrində, eləcə də mərkəzin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarda tədris və təlim kurslarına cəlb olunması üçün tədbirlərin görülməsi və s. məsələlər əksini tapıb.
Niyyət protokolunu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və MNTM QSC-nin sədri, akademik Adil Qəribov imzalayıblar.
AZƏRTAC xəbər verir ki, Almaniyanın Nüvə Tədqiqat Mərkəzinin ağır ionların elmi tədqiqatları mərkəzində institut direktoru Piter Braun-Munzingerin rəhbərlik etdiyi nümayəndə heyətinin də qatıldığı imzalanma mərasimində akademik A.Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini bildirib.
Rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələrindən danışan rektor BDU-nun fizika fakültəsində nüvə fizikası və nüvə texnologiyası sahəsində, yüksək enerjilər fizikası, radiasiya materialşünaslığı, atom və nüvə fizikası istiqamətində kadr hazırlığı barədə ətraflı məlumat verib.
A.Məhərrəmov, eyni zamanda, Almaniya universitetləri ilə nüvə fizikası sahəsində əməkdaşlığın, bu sahə üzrə beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən qlobal elmi və elmi-texniki proqramlarda, təcrübə və tədqiqatlarda iştirakın vacibliyini vurğulayıb.
Akademik A.Qəribov rəhbərlik etdiyi qurumun fəaliyyəti və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən söz açıb.
Almaniyalı alim P.Braun-Munzinger BDU ilə Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) və Almaniyanın nüvə tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Görüşdə CERN və Almaniyadan alınmış məlumatlar toplusunun BDU-da analizi və nüvə fizikasının müasir problemlərinin tədqiqi və s. müzakirə edilib.
Qeyd edək ki, tədbirdə yaxın gələcəkdə Almaniyanın Nüvə Tədqiqat Mərkəzi ilə də əməkdaşlıqla bağlı niyyət protokolunun imzalanmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

