Gəncədə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda konfrans keçirilib
15.03.2018 [10:10]
Martın 14-də Gəncədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda DQİDK-nın və şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, gənclər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Konfransı açan DQİDK-nın sədri Mübariz Qurbanlı Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini vurğulayan M.Qurbanlı Azərbaycanın İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanındığını deyib.
Mübariz Qurbanlı qeyd edib ki, bu gün dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin böyük önəm daşıdığının şahidi oluruq. Din pərdəsi altında insanlar arasında təfriqə salmaqla xaos yaratmaq xoşagəlməz reallığa çevrilib. Radikal dini təşkilat yaratmaq və yaxud onlara maddi-texniki dəstək verməklə öz məkrli niyyətlərini həyata keçirməyə çalışanlar müsəlman dünyasında qarşıdurmanı dərinləşdirməyə, İslam dünyasını zəiflətməyə və yekun nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət daşıyan ərazilərdə hegemonluğa cəhd göstərirlər. Ona görə də bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa hər zamankından daha çox ehtiyac var. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir.
Komitə sədri çıxışında istər qeyri-səmavi, istərsə də səmavi dinlərin keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, dinlərin daxilindəki məzhəb və təriqət ayrılıqlarını, eləcə də ayrı-ayrı dinlər arasındakı mövcud münasibətləri şərh edib.
İştirakçılara İslam tarixi və coğrafiyası haqqında maraqlı məlumatlar verilib. Eyni zamanda, bu gün İslam aləmində baş verən siyasi proseslər, böyük siyasi-ideoloji və hərbi güc mərkəzləri tərəfindən İslam ölkələrində yaradılmış süni münaqişələr, bu cür hadisələrin İslam dininə mənsub xalqların tarixi irsinə, maddi-mədəni və mənəvi dəyərlərinə, eləcə də müasir inkişafına vurmuş olduğu böyük ziyanlar konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
“Ölkəmizdə yaşayan hər bir vətəndaşın etiqad azadlığı Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyada təsbit edilib. Din dövlətdən ayrı olsa da, dövlət-din münasibətləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalarla və ölkəmizin mövcud qanunvericiliyi ilə tənzimlənir. Bununla yanaşı, Azərbaycan dövləti və Prezident İlham Əliyev İslam dininə, eləcə də ölkəmizdə tarixən mövcud olan bir çox dinlərə, həmin dinlərlə bağlı müqəddəs məkanlara tarixi, maddi-mədəni irsin bir hissəsi kimi yanaşır və bu cür yerlərin təmir edilməsinə, mənəvi dəyərlərin isə geniş təbliğinə daim dəstək verir” - deyə M.Qurbanlı qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov regionlarda keçirilən bu cür konfransların məqsədinin Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunmasından, dini mühitdə radikallığa meylin səbəbinin öyrənilməsi, dəyərləndirilməsi və onun qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılmasından, bu sahədəki kompleks tədbirlərin səmərəliliyinin daha da artırılmasından ibarət olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, son illərdə respublikamızın bütün bölgələri kimi, Gəncə şəhəri də hər bir sahədə özünün müasir inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin bu şəhərə diqqət və qayğısı nəticəsində Gəncənin bütün dini-tarixi memarlıq abidələri əsaslı şəkildə yenidən qurulub.
Sonda iştirakçılara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çap olunan kitablar paylanılıb.
Konfransın ikinci hissəsi “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam edib.
Orta məktəb direktorlarının təlim-tərbiyə üzrə müavinlərinin, ümumtəhsil məktəblərində çalışan psixoloq və “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin iştirak etdiyi tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Komitənin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Əli Həziyev, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Ayxan Babayev çıxış ediblər.
Dövlət Komitəsinin sədr müavini radikalizmə qarşı mübarizədə dini maarifləndirmənin önəminə toxunub. Vurğulayıb ki, radikal qrupların zərərli ideyalarının yayılması cəhdlərinin qarşısının alınmasında gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği mühüm rola malikdir. Bu məqsədlə gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.
Digər çıxışlarda ölkəmizdə radikalizm ideyalarının yayılmasının qarşının alınması, dinlə, milli-mənəvi dəyərlərimizlə bağlı düzgün maarifləndirmə işinin aparılması və təbliğ edilməsi barədə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

