Səbail rayonunda akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb
25.04.2018 [09:18]
Görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayonundakı ən müasir tibb müəssisələrindən olan “Dünyagöz” göz klinikasının təşəbbüsü və Səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə anım mərasimi keçirilib.
Tədbirdə çıxış edən “Dünyagöz” göz klinikasının baş həkimi, professor Dilavər Erşanlı akademik Zərifə xanım Əliyevanın şərəfli və mənalı bir ömür yaşadığını, elmin çətin yollarında inamla irəliləyərək oftalmologiyanın ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda, ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb.
Sonra tədbirdə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən tibb elmləri doktoru Paşa Qəlbinur Zərifə xanım Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub.
Tanınmış ictimai xadım, modelyer Fəxriyyə Xələfova Zərifə xanımla bağlı xatirələrindən danışıb, onun necə bir xanım, ana, həkim, nəcib incan olduğunundan söhbət açıb.
Sonra çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, akademik Zərifə xanım Əliyevanın elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri danılmazdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuş Zərifə xanım Əliyeva ictimai işlərdə də fəaliyyət göstərib, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.
Tədbirdə qeyd olunub ki, artıq 3 gündür ki, Səbail rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar “Dünyagöz” göz klinikasının təşəbbüsü və Səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə imkansız ailələrin nümayəndələri üçün pulsuz göz müayinələri keçirilir. Artıq yüzlərlə sakin bu nəcib aksiyada iştirak edib. Bununla əlaqədar klinikanın kollektivinə minnətdarlıq bildirilib.
Qeyd olunub ki, təşkilatçılar tərəfindən pulsuz göz müayinəsi aksiyaları il ərzində bir neçə dəfə keçiriləcək.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41

