Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ucar Pambıq Emalı Zavodu ilin sonunadək fəaliyyətə başlayacaq

Ucar Pambıq Emalı Zavodu ilin sonunadək fəaliyyətə başlayacaq

05.05.2018 [16:04]

Mayın 4-də kənd təsərrüfatı naziri İnam Kərimov Ucar Pambıq Emalı Zavodunda görülən işlərlə tanış olub.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirə Ucar Pambıq Emalı Zavodunda görülən işlər barədə məlumat verilib. Bildirilib ki, nazirliyin dəstəyi ilə tikilən zavodun illik emal gücü 40 min ton olacaq. Burada, eyni zamanda, 20 min ton pambıq yağı və 2500-3000 ton lifsiz pambıq toxumu istehsalı üçün müəssisələrin tikintisi və avadanlıqla təchiz olunması tədbirləri həyata keçirilir. İlin sonuna qədər zavodda işlərin yekunlaşdırılması və tam gücü ilə fəaliyyətə başlaması nəzərdə tutulur.
İnam Kərimov tikintinin gedişi ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib. Tikintidə çalışan Çin mütəxəssisi Ucar Pambıq Emalı Zavodunun 80 faizinin montaj və qurğularının quraşdırıldığını və yaxın günlərdə binanın tam istifadəyə veriləcəyini söyləyib.
Nazir, eyni zamanda, “Aqrolizinq” ASC-nin Ucar Təchizat Bazasına gəlib, texnikaların mövcud vəziyyəti, lizinq yolu ilə məhsul istehsalçılarına verilməsi prosesi ilə tanış olub.
Daha sonra kənd təsərrüfatı naziri Ucar rayonlararası təchizat bazasında olub, bazada lizinq yolu ilə fermer və sahibkarlara verilən kənd təsərrüfatı texnikalarına baxış keçirib. Həmçinin bazada gübrə anbarında saxlanılan mineral gübrələrin keyfiyyəti ilə də maraqlanıb.
Təchizat bazasında bir qrup mexanizatorla görüşən İnam Kərimov onların problemləri ilə maraqlanıb və qarşılarına çıxan çətinliklərin aradan qaldırılması üçün təklifləri dinləyib.
Nazir aqrolizinq tərəfindən keçirilən səyyar müşavirələr, toplantılar və ya iclaslarda bölgələrdən fermerlərin dəvət olunması, onların istək və arzularını nəzərə alaraq, operativ tədbir görülməsi barədə nazirliyin müvafiq qurumlarına tapşırıq verib.

Paylaş:
Baxılıb: 460 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31