Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Təfəkkür” Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçirilib

“Təfəkkür” Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfrans keçirilib

09.05.2018 [10:40]

Mayın 8-də Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov, universitetin professor-müəllim heyəti, elm adamları və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Rahim Hüseynov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb. Azərbaycanın uğurlarının əsasında Heydər Əliyev siyasətinin dayandığını deyən rektor bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Konfransda çıxış edən “Təfəkkür” Universitetinin professoru Cümşüd Nuriyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, “Təfəkkür” Universitetinin professorları Ənvər Qafarlı və Raqub Kərimov Ulu öndərin dövlət və xalq qarşısındakı xidmətlərindən danışaraq qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərliyə başladığı ilk gündən Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsinə, iqtisadiyyatın tənəzzülünün qarşısının alınmasına və makroiqtisadi inkişafa nail olmaq, Azərbaycanın iqtisadiyyatını, elmini, mədəniyyətini, səhiyyəsini yüksəltmək üçün bir sıra islahatlar aparıb.
Tədbirin sonunda Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə və Nərimanov rayonunun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rektoruna rayon İcra Hakimiyyətinin fəxri fərmanını təqdim edib.

Paylaş:
Baxılıb: 433 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31