/ / UNEC-də iqtisad elmləri doktoru Məmmədhəsən Meybullayevin 70 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib
UNEC-də iqtisad elmləri doktoru Məmmədhəsən Meybullayevin 70 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib
06.06.2018 [09:22]
UNEC-də iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayevin 70 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, tanınmış akademiklər, alimin yaxınları və ailə üzvləri iştirak edib.
Rektor, professor Ədalət Muradov UNEC-in dəyərlərinə hər zaman sahib çıxdığını diqqətə çatdıraraq, bu dəyərlərin önündə universitetin ziyalılarının dayandığını bildirib. Professor M.Meybullayevi islam iqtisadiyyatının tədqiq edilməsində əvəzolunmaz alim adlandıran rektor, onun böyük iqtisadçılar nəslinin formalaşmasında əvəzsiz xidmətləri olduğunu vurğulayıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə görkəmli iqtisadçı alimin apardığı aktual tədqiqatlardan söz açıb. M.Meybullayevin islam iqtisadiyyatı, milli gəlirin təkrar istehsalı sahəsində apardığı tədqiqatların ölkə üçün böyük elmi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Akademik Vasim Məmmədəliyev yubilyarı iqtisadi bilikləri mənəvi-dini dəyərlər yönündə tədqiq edən alim kimi xarakterizə edib. M.Meybullayevin “İslam iqtisadiyyatı” monoqrafiyasında islam ölkələrinin sosial-iqtisadi inkişaf meyllərinin əsaslı şəkildə tədqiq etdiyini bildirib.
UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov, “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri, professor Ümidvar Əliyev və digər çıxış edənlər alimin elmi-pedaqoji fəaliyyətindən söz açıblar. Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif illərdə dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışan alimin 200-dən çox elmi əsərin, 6 monoqrafiyanın, 9 dərs vəsaitinin, 4 dərsliyin müəllifi olduğunu qeyd ediblər. Əməkdar müəllim, görkəmli iqtisadçı, fədakar insan Məhəmmədhəsən Meybullayevin nəinki elmi-pedaqoji fəaliyyəti, həmçinin ictimai həyatda öz obyektivliyi, prinsipiallığı və tələbkarlığı ilə böyük nüfuz qazandığını bildiriblər.
Tədbirdə UNEC-in İslam İqtisadiyyatı Tədqiqat Mərkəzinin professor Məmmədhəsən Meybullayevin adını daşıması təklif olunub. Məmmədhəsən Meybullayev adına İslam İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbərliyi UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti, alimin qızı Sərvinaz Xanlarzadəyə həvalə edilib. Atası barədə xatirələrini bölüşən S.Xanlarzadə görkəmli alimin ideyalarını davam etdirməkdən qürur duyduğunu bildirib. Ona göstərilən etimada görə təşəkkür edən S.Xanlarzadə bundan sonra da islam iqtisadiyyatının araşdırılması istiqamətində yorulmadan çalışacağını vurğulayıb.
Tədbirdə professor Məmmədhəsən Meybullayevin müəllifi olduğu kitablar nümayiş olunub.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30

