Gömrük Akademiyasında ilk “Məzun günü” qeyd olunub
04.07.2018 [09:55]
İyulun 3-də Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk “Məzun günü” qeyd olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, komitə sədrinin müavinləri və idarə rəisləri, akademiyanın müəllimləri və valideynlər iştirak edib.
Mərasim dövlət himninin oxunması ilə başlayıb.
Sonra akademiyanın rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov məzunları təbrik edib və bildirib ki, 4 il əvvəl fəaliyyətə başlayan Dövlət Gömrük Komitəsinin Akademiyası qısa zaman ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilib. Ölkəmizdə təhsilə, gənc nəslin təlim-tərbiyəsinə xüsusi qayğı göstərildiyi qeyd olunub və akademiyanın ilk məzunlarının tədris prosesini yüksək nəticələrlə başa vurmaları təhsil sahəsində görülən işlərin nəticəsi kimi qiymətləndirilib.
Öz növbəsində, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məzunları təbrik edərək onlara uğurlar arzulayıb və akademiyanın ilk “Məzun günü”nü həm də Dövlət Gömrük Komitəsinin tarixində mühüm hadisə kimi qiymətləndirib.
Ümummilli lider Heydər Əliyevin daim təhsilə, gənc nəslin elmi biliklərə yiyələnməsinə xüsusi diqqət göstərdiyini vurğulayan komitə sədri, bu istiqamətdə formalaşan dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın ictimai-siyasi həyatında gənclərə xüsusi yer verildiyini, ixtisaslı gənc kadrların hazırlanmasının, işlə təmin olunmasının dövlətimizin strateji hədəflərindən birinə çevrildiyini bildirib.
Komitə sədri hazırda akademiya üçün mükəmməl elmi-texniki bazaya malik, müasir tələblərə cavab verən yeni binanın inşasını da Prezident İlham Əliyevin peşəkar kadrlara, ixtisaslaşmış təhsil ocaqlarının inkişafına göstərdiyi qayğının təzahürü kimi qiymətləndirib. S.Mehdiyev ümidvar olduğunu bildirib ki, aldıqları bilik və təlim-tərbiyə sayəsində ilk məzunlar gələcək həyat və fəaliyyətlərində təhsil aldıqları tədris ocağını uğurla təmsil edəcəklər.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, 2018-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və Gömrük Akademiyasının ilk məzunlarının bu il ali məktəbi bitirməsi xoş hadisədir. Cümhuriyyətin mövcud olduğu qısa müddət ərzində təhsil sahəsində mühüm nailiyyətlər əldə olunduğunu qeyd edən Firudin Qurbanov, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təhsil sahəsində, ixtisaslı kadrların hazırlanması istiqamətində daha mühüm və məqsədyönlü addımlar atıldığını diqqətə çatdırıb. Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsinin də ixtisaslı kadrların hazırlanması sahəsində görülən işlərin bariz nümunəsi olduğunu bildirən nazir müavini, fəaliyyət göstərdiyi qısa vaxt ərzində bu təhsil ocağının mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb.
Daha sonra tədbirdə akademiyanın müəllimləri, valideynlər və tələbələr çıxış edərək məzunlara uğurlar diləyiblər. Tədbir çərçivəsində təlim-tədris prosesində fərqlənən müəllim və tələbələr mükafatlandırılıb.
Qeyd edək ki, bu il Gömrük Akademiyasını 37 tələbə hüquqşünaslıq və iqtisadiyyat ixtisasları üzrə bitirib və onların yarıdan çoxu təhsilini magistr pilləsi üzrə davam etdirəcək. O cümlədən, məzunlardan 7 nəfəri Avropanın müxtəlif universitetlərində magistr təhsili alacaq.
Tədbir ilk məzunlara diplomların təqdim edilməsilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxHadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20

