Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı
12.07.2018 [09:27]
“Azercell Telekom” MMC Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində “Ən yaxşı şirkət” kimi ödülləndirildi
Uğurlu fəaliyyəti ilə yerli və beynəlxalq təşkilatların diqqətini özünə cəlb edən Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC “Qlobal Liderlər Klubu” tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində “Ən yaxşı şirkət”, Vahid Mürsəliyev isə “İlin rəhbəri” kimi ödülləndiriliblər. “Qlobal Liderlər Klubu”nun Barselonada keçirilən xüsusi tədbirində mükafat Azercell-in prezidenti Vahid Mürsəliyevə təqdim olunub.
“Qlobal Liderlər Klubu”nun təntənəli təltifetmə mərasimində çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev təşkilatçılara və münsiflər heyətinə yüksək mükafata və etimada görə təşəkkür edərək təşkilatların idarə olunmasında inkişaf göstəricisi olan beynəlxalq mükafatların şirkət üçün həm qürurverici, həm də olduqca məsuliyyətli olduğunu bildirib. “Azercell Telekom öz biznesində cəmiyyətin dayanıqlı inkişafına xüsusi önəm verən şirkətdir. Bu sahədə bizim məqsədimiz telekommunikasiya və yeni həlləri vasitəsilə insan həyatını asanlaşdırmaq, onun keyfiyyətini artırmaqdır. Azercell-in fəaliyyətinə beynəlmiləl səviyyədə qiymət verilməsi bizim üçün həm şirkəti, həm də Azərbaycanı beynəlxalq arenada tanıtmaq üçün daha bir imkandır”, - deyə şirkət prezidenti bildirib.
Azercell-in Korporativ Sosial Məsuliyyət və İnsan Qaynaqları sahəsində həyata keçirdiyi layihələr və əldə etdiyi beynəlxalq keyfiyyət sertifikatları “Qlobal Liderlər Klubu” üzvlərinin şirkətin xeyrinə səs verməsinə təsir edib. Yüksək qiymət alan fəaliyyət növləri sırasına Azercell-in Azərbaycanda kiber təhlükəsizliyin təmin və təbliğ edilməsinə dair gördüyü işlər daxil oldu. Belə ki, internetin insanın gündəlik həyatına artan təsirini, xüsusilə də internetdə uşaqların müdafiəsinin vacibliyini nəzərə alaraq, Azercell Telekom orta məktəblərdə şagirdlər, müəllimlər və valideynlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda açıq təlimlər həyata keçirir. Eyni zamanda, həm böyükləri, həm də balacaları internetdən gələn təhlükələrdən qorumaq üçün Azercell Telekom hələ 2 il bundan öncə “Azercell Plus Təhlükəsizlik” proqramı çərçivəsində Kaspersky “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” tətbiqlərini istifadəyə verib.
“Qlobal Liderlər Klubu”nun Azercell Telekom-u “Ən yaxşı şirkət” tituluna layiq görməsinin daha bir səbəbi kimi lider operatorun İnsan Qaynaqlarının idarə olunmasında apardığı proseslərin və mövcud sistemlərin ən müasir beynəlxalq standartlara uyğun olması vurğulandı. Xatırladaq ki, Azercell Telekom 2018-ci ilin əvvəlində “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunmasında davamlı inkişafın göstəricisi kimi QIZIL sertifikat qazanmışdır. Azercell Azərbaycanda Qızıl IIP sertifikatına layiq görülən ilk şirkət, MDB məkanında isə yeganə telekommunikasiya şirkətidir.
Məlumat üçün bildirək ki, 2006-cı ildə fəaliyyətə başlayan “Qlobal Liderlər Klubu”nun üzvləri dünyada sosial və iş həyatının müxtəlif sahələrində uğur qazanan görkəmli dövlət və ictimai xadimləri, iş adamları və sahibkarlardır. Bu il Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrindən dəvət olunan iş adamları, dövlət qurumlarının və özəl şirkətlərin yüksək səviyyəli rəhbərləri, alim və həkimlər sosial tərəqqinin inkişafı üçün bir araya gəliblər. “Qlobal Liderlər Klubu”nun “EBA Global” adlı Xüsusi Sessiyası zamanı VİP Loyallıq Proqramı üzvləri və Orta Şərq, Afrika və Asiyadan olan fəxri qonaqlar müasir biznes adamı üçün şəxsi brendin formalaşdırılmasının əhəmiyyəti barədə müzakirələr aparıb və təmsil etdikləri ölkələrin biznes arenalarında əldə etdikləri nailliyyətləri bölüşüblər.
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

