Gənclər Təşkilatları Milli Şurasının XV Hesabat-Seçki Qurultayı keçirilib
21.07.2018 [09:44]
İyulun 20-də Bakı Konqres Mərkəzində ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XV Hesabat-Seçki Qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, qurultayda dövlət və hökumət rəsmiləri, beynəlxalq və yerli qurumların nümayəndələri, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.
Hesabat-Seçki Qurultayında Şuranın sədri Seymur Hüseynov çıxış edərək deyib ki, 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis edilən Milli Şura hər zaman fəaliyyətini dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına və demokratik dövlət quruculuğuna yönəldib.
Qurultayda qurumun 2016-2018-ci illər üzrə fəaliyyətinin hesabatı təqdim olunub.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Yusuf Məmmədəliyev tədbirdə çıxış edərək bildirib ki, ölkəmizin inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil. Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət ayırır və bu siyasət nəticəsində Gənclər Təşkilatları Milli Şurası gəncləri fəal vətəndaş mövqeyindən çıxış etməyə təşviq etməlidir.
Yusuf Məmmədəliyev Gənclər Təşkilatları Milli Şurasının son iki ildə bir çox uğurlara imza atdığını bildirib. O, Milli Şuranın bir sıra mühüm dövlət proqramlarının icrasında iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəal iştirak edir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Gənclər Təşkilatları Milli Şurasının uğurları sevindiricidir. O vurğulayıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Gənclər siyasətinə dair bir sıra proqramlar qəbul edilib. Bu gün daha çox imkanlarımız var, gənclər üçün daha çox şərait yaradılır. Çox yaxşıdır ki, Milli Şura bu imkanlardan istifadə edə bilir.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev isə diqqətə çatdırıb ki, parlamentin payız sessiyasında gənclərlə bağlı qanunvericiliyə dəyişikliklər nəzərdə tutulur.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov da gənclərin cəmiyyətdəki rolundan danışıb.
Qurultayda Şuraya sədr, sədr müavinləri, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının və İdarə Heyətinin üzvləri seçilib.
Məryəm Məcidova növbəti iki il müddətinə Gənclər Təşkilatları Milli Şurasının sədri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30

