ADA Universitetinin müəllim və tələbələri şərəf andı içiblər
11.09.2018 [09:26]
Sentyabrın 10-da ADA Universitetinin müəllim və tələbələrinin şərəf andını içmələri mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbir ADA Universitetində təhsil alan tələbələrin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.
Tədbirdə Şərəf Məcəlləsini bu tədris ilində universitetə yeni qəbul edilmiş 540 bakalavr, 130 magistr, 35 müəllim imzalayıb.
Qeyd olunub ki, ADA Universitetində şərəf andının içilməsi hər yeni tədris ilinin əvvəlində keçirilən ənənəvi mərasimdir. Universitetə bu il qəbul olunan tələbələr, işə yeni başlayan müəllim və heyət üzvləri şərəf andını içərək Şərəf Məcəlləsini imzalamaqla bu ali məktəbin akademik əxlaq və dürüstlük prinsiplərinə sadiq qalacaqlarına söz verirlər.
Şərəf Məcəlləsi beş akademik əxlaq və dürüstlük prinsipindən ibarətdir: “Yalan danışma! Aldatma! Plagiatlıq etmə! Ayrı-seçkilik salma! Bu prinsipləri pozmaqda başqalarına yardım etmə!”. ADA Universitetinin fəlsəfəsi akademik əxlaq və dürüstlüyün sanksiya, qadağa və hədələrin tətbiqi ilə deyil, bu dəyərləri yüksək tutan akademik mədəniyyətin aşılanmasına arxalanır. Bir qayda olaraq, tədris ilinin əvvəlində yeni tələbələr akademik əxlaqın dünyada ümumi qəbul edilmiş standartları barədə maariflənmək üçün dekanlar və müəllimlər ilə müzakirə panelləri keçirirlər.
Tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev qısa müddətdə əldə edilən nailiyyətlərdən, təhsil ocağındakı sürətli inkişafdan söz açıb, uğurların davamlı olacağını bildirib. Rektor bu tədris ilində 600-dək müəllim və tələbənin universitetə qəbul olunduğunu diqqətə çatdırıb. H.Paşayev builki məzunların 85 faizdən çoxunun ilk üç ayda işlə təmin olunduğunu vurğulayıb. Rektor universitetə qəbul olunan yerli və xarici tələbələri, o cümlədən müəllimləri yeni dərs ili münasibətilə təbrik edib, müvəffəqiyyətlər arzulayıb.
Sonra ADA Universitetinin himni səsləndirilib.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50

