Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb
16.02.2019 [10:21]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 15-də Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ilə görüşüb.
Görüşdə iki ölkə arasındakı dostluq münasibətlərinə toxunan Dövlət Komitəsinin sədri bu əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daima bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edən Mübariz Qurbanlı Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Söhbət zamanı respublikamızdakı dinlərarası harmoniya, tolerantlıq və həmrəylik mühiti barədə danışan Komitə sədri bildirib ki, dini və etnik müxtəliflik zamanla ölkəmizin ən böyük zənginliyinə çevrilib. Ulu öndər Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi indi də eyni funksiyanı uğurla yerinə yetirir. Prezident İlham Əliyevin böyük tarixə malik dini məbədlərimizin bərpası, dini icmalara qayğı sahəsində ardıcıl tədbirlər həyata keçirməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsidir. Vurğulanıb ki, dünyada kəskin ziddiyyətlərin tüğyan etdiyi zamanda Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm, İslam həmrəyliyi ideyaları yayır. Prezident İlham Əliyevin Azərbaycanda 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam Həmrəyliyi ili” elan etməsi ilə müsəlman ölkələri, o cümlədən sülhpərvər bəşəriyyət üçün yeni platforma yaradılıb. Dövlət Komitəsinin sədri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam dünyasında qardaşlıq və birlik dəyərlərinə xidmət etdiyini bildirib. O, bu istiqamətdə işlərin davam etdirildiyini, müvafiq qurumların, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunmuş “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində tədbirlər keçirildiyini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasının artıq bütün dünyanın etiraf etdiyi həqiqət olduğunu vurğulayıb. Səfir İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürən Azərbaycanın bu təşəbbüsünün təqdirəlayiq hal olduğunu və müsəlman aləmində dəstəkləndiyini deyib. Həmçinin M.A.Embarş Dövlət Komitəsinin tabeliyində yaradılan Azərbaycan İlahiyyat İnstitutunun Mərakeşin müvafiq təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb.
Eyni zamanda, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, iki ölkə arasında dini-mədəni əlaqələrin gücləndirilməsinin əhəmiyyəti və gələcəkdə birgə tədbirlərin, konfransların, sərgilərin keçirilməsinə dair müzakirələr aparılıb.
Sonda qonağa Dövlət Komitəsinin ingilis və ərəb dillərində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

