/ / RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Miss və Mister RAGB-2019” müsabiqəsi keçirilib
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Miss və Mister RAGB-2019” müsabiqəsi keçirilib
03.04.2019 [09:22]
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Miss və Mister RAGB-2019” müsabiqəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu il mart ayında Azərbaycan gənclərinə xas olan ən yaxşı keyfiyyətləri təcəssüm etdirən bir gənc qız və bir gənc oğlan seçmək üçün müsabiqə elan edilib. RAGB-nin sosial şəbəkələrindəki səhifələrində aparılmış səsvermədən sonra səkkiz iştirakçı finala çıxıb.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev müsabiqənin final mərhələsini açıq elan edərək deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat Rusiyada yaşayan və təhsil alan gənclərin sıx birləşməsinə, onların elmi, təhsil, yaradıcılıq sahələrinə aid və ictimai xarakterli təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradır. Təşkilatın rəhbəri Leyla Əliyeva istedadlı gəncləri həmişə dəstəkləyir, onların yaradıcılıq imkanlarının reallaşdırılmasına kömək edir. E.Hacıyev deyib: “Bizim bugünkü tədbirimiz artıq ənənəyə çevrilir. Bu müsabiqəmiz başqa oxşar tədbirlərdən fərqlənir. Bizim müsabiqənin iştirakçıları münsiflər heyətinin üzvlərinə Azərbaycanın ənənələri, mədəniyyəti, milli geyimləri barədə məlumat verəcəklər. Onlar müğənni, rəqqas, intellektual və teatr sahəsinin mütəxəssisləri olacaqlar”.
Müsabiqənin final mərhələsinə çıxmış iştirakçılar - Səbinə Abbasova (Moskva), Səbinə Bayramova (Moskva), Kamilla Ələsgərova (Kazan), Tünzalə Mirzəzadə (Moskva), Şahnaz Zeynalova (Perm), Anar Ağazadə (Moskva), Seymur Qarayev (Kaluqa) və Məhər Məhərrəmov (Moskva) münsiflər heyətinə öz video-vizit kartlarını təqdim ediblər. Sonra üç iştirakçı yaradıcı müsabiqə, milli geyimdə defile və müsahibə sınaqlarından keçməli olublar. Hər bir iştirakçı müəyyən obraz fikirləşib tapıb və bu obrazı səhnədə yaradıb. Olduqca parlaq və qeyri-adi nəticə alınıb.
Münsiflər heyətinə modelyer-rəssam, Rusiya Dizaynerlər İttifaqının üzvü, Parisdəki Rus Rəssamlar Assosiasiyasının üzvü Orxan Sultan, opera səhnəsinin yeni ulduzu, Rusiya Milli Qvardiyası Federal Qoşun Xidməti ansamblının solisti, beynəlxalq müsabiqələr laureatı Lali Xabalova və “Səttar” brendinin həmtəsisçisi, rəssam Cemma Səttar daxil idi.
Münsiflər heyətinin apardığı səsvermənin yekunlarına əsasən “Miss RAGB-2019” tacı G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin tələbəsi Səbinə Abbasovaya çatıb, “Mister RAGB-2019” - Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında Hərbi Universitetin kursantı Anar Ağazadə isə təşkilatçılardan kubok alıb.
Müsabiqənin qaliblərinə və digər finalçılara təşkilatçılar adından diplomlar və qiymətli mükafatlar təqdim edilib.
Tədbir maraqlı musiqi proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39

