Euronews: Zubrlar Qafqaza gedir
22.10.2019 [09:20]
“Euronews” telekanalında “Zubrlar Qafqaza gedir” adlı süjet göstərilib. AZƏRTAC xəbər verir ki, süjet Qafqaz zubrlarının Azərbaycana qaytarılmasına həsr olunub.
Süjetdə deyilir: “Azərbaycana zubrlar gətirilib. Bu, cütdırnaqlı heyvanların Cənubi Qafqazda reintroduksiyası üzrə proqram çərçivəsində 12 baş heyvandan ibarət ikinci partiyadır. İlk səkkiz baş heyvan hələ may ayında gətirilib. Zubrları Fransa, Belçika və Almaniya parklarından göndərirlər. Bu heyvanlar IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi ilə birgə həyata keçirilən “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində gətirilib”.
Hesab edilir ki, Şimali Qafqazda sonuncu zubr XX əsrin əvvəllərində öldürülüb, Cənubi Qafqazda isə onların nəsli daha əvvəl kəsilib.
WWF-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib: “İndiki nəsil üçün zubr görünməmiş, naməlum və yeni heyvandır. Hətta bu gün dilimizdə zubru adlandırmaq üçün öz sözümüz yoxdur. Bax, buna görə çoxsaylı insanlar yanımıza gəlir. Zubrlara tamaşa etmək və layihəmizin necə inkişaf etdiyini görmək onlar üçün çox maraqlıdır.
Cənubi Qafqazda zubrların populyasiyasını ilk dəfə hələ ötən əsrin 60-cı illərində bərpa etmək cəhdi göstərilib. Lakin bu cəhd uğursuzluqla nəticələnib, müasir şərait yüz il əvvəlkindən fərqli olduğuna görə heyvanlar nəsil verməmiş tələf olub.
Bu gün alimlər təkcə zubrları təbiətə deyil, təbiəti də zubrlara uyğunlaşdırmağa çalışırlar. Bunun üçün, məsələn, zubrların xoşuna gələn iynəyarpaqlı ağaclar əkilir”.
Xatırladaq ki, Fransa və Belçikadan gətirilmiş 8 baş Qafqaz zubrundan ibarət birinci partiya bu il mayın 21-də Şahdağ Milli Parkının İsmayıllı bölməsindəki xüsusi əraziyə buraxılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19

