Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin bir yaşı tamam olub
30.10.2019 [14:06]
Mir Teymur Məmmədov: Hazırda mərkəzdə 12 sənətkar çalışır, könüllülük proqramları həyata keçirilir
"ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin 1 yaşı tamam olub. Oktyabrın 29-da Şəkidə "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin fəaliyyətə başlamasının bir illiyinə həsr olunan mərasim keçirilib.
Sənətkarların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ötən il oktyabrın 29-da Şəkiyə səfərləri çərçivəsində açılışı olan "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin ötən bir il ərzində keramika sənətinin inkişaf etdirilməsi sahəsində çox səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirilib ki, mərkəzin binası XIX əsrin axırlarında tikilib və kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina "Paşa Holdinq"in dəstəyi ilə yenidən qurulub.
O da qeyd olunub ki, Azərbaycanda keramika sənətinin çox qədim tarixi var. Arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılar onu göstərir ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Mərkəzin yaradılmasında məqsəd ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb. Mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir.
Tədbirdə Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzinin əlaqələndiricisi Mir Teymur Məmmədov çıxış edərək, keramikanın hər bir xalqın tarixində xüsusi rol oynadığını vurğulayıb. Bildirilib ki, hazırda mərkəzdə 12 sənətkar çalışır, könüllülük proqramları həyata keçirilir. Mərkəzin məqsədlərindən biri də burada yaradıcılıq sahəsi üzrə irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsidir. Cari il mayın 20-dən iyunun 2-dək Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində keramika sənəti üzrə "Təbiətdən Tarixə" adlı I Beynəlxalq Keramika Simpoziumunun keçirilməsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Simpoziumda 14 xarici ölkədən 22 keramikaçı iştirak edib.
Tədbir çərçivəsində dekorativ-tətbiqi sənətin inkişafındakı xidmətlərinə, həmçinin mərkəzin fəaliyyətə başlamasının bir illiyi münasibətilə Mir Teymur Məmmədova "ABAD” publik hüquqi şəxs və Şəki Şəhər İcra Hakimiyyəti adından "Təşəkkürnamə" təqdim olunub.
Sonra tədbir iştirakçıları mərkəzin sənətkarlarının hazırladıqları keramika işlərindən ibarət sərgiyə baxıblar.
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50

