Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır
11.04.2020 [14:17]
Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin əfv Sərəncamı dövlətimizin insanpərvər siyasətini və humanizm prinsiplərinə böyük önəm verdiyini əks etdirən mühüm faktlardandır
Məlum olduğu kimi, Prezident İlham Əliyev aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilib. Dövlət başçısının bu humanist qərarı cəmiyyətimizdə çox yüksək dəyərləndirilir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sevinc Hüseynova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi böyük humanizm nümunəsidir. Onun sözlərinə görə, dövlətimizin başçısı məhkumların və onların ailə üzvlərinin müraciəti əsasında bu addımı atıb: "Cənab Prezidentin imzaladığı əfv Sərəncamı bir daha sübut edir ki, dövlət humanizm prinsiplərinə və dəyərlərinə böyük önəm verir".
“Təbii ki, ölkə başçısı bu humanist addımı ilə bir çox ailəyə sevinc bəxş edib. Qeyd etmək istəyirəm ki, əfv Sərəncamı böyük sosial mahiyyət daşıyır. Bu qərar yaşı 65-i keçmiş məhkumların sağlamlığının qorunması üçün verilib. Yəni Prezident İlham Əliyev əfv olunan məhkumların sağlamlığını qorumaq, onları koronovirusa yoluxmaqdan uzaq tutmaq, onlara ev şəraitində xidmətlərin göstərilməsini təmin etmək üçün belə bir addım atdı. Bu, təkcə cinayət törətmiş şəxslərə qarşı humanizm addımı deyil, həm də insanlığa verilən dəyərdi. Əfv Sərəncamının imzalanması bir daha göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır”,-deyə millət vəkili vurğulayıb.
Milli Məclisin deputatı Müşfiq Cəfərov isə bəşəriyyətin yeni növ koronavirus infeksiyası kabusu ilə qarşı-qarşıya qaldığı bir vaxtda risk qrupuna daxil olan, yaşı 65-dən yuxarı olan insanların sağlamlıqlarının qorunmasının aktual məsələ olduğunu deyib. O, Azərbaycan ailəsinin ən ali və müqəddəs dəyərlərindən birinin ağsaqqala, ağbirçəyə hörmət, dərin ehtiram olduğunu, hər zaman ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinin ölkəmizdə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri kimi çıxış etdiyini bildirib.
“Bu Sərəncamın imzalanması ilə yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı məhkumlara da xüsusi diqqət və qayğı göstərildi. Başqa sözlə, hər zaman humanist addımları, qərarları ilə dövlətin hər bir vətəndaşının yanında olduğunu təsdiq edən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv Sərəncamı böyük önəm kəsb edir. Dövlətimizin başçısının ölkəmizdə həyata keçirilən insanpərvər siyasətin növbəti təzahürü kimi 176 məhkumun əfv olunmasına dair Sərəncam imzalaması mühüm əhəmiyyətə malikdir. Bu, dövlətin hər bir vətəndaşının sağlamlığını, təhlükəsizliyini təmin etməsinin daha bir nümunəsidir",-deyə M.Cəfərov qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

