/ / Sədərək rayonundakı yeni yüksəkmərtəbəli binada hərbçi ailələrinə xidməti mənzillər təqdim edilib
Sədərək rayonundakı yeni yüksəkmərtəbəli binada hərbçi ailələrinə xidməti mənzillər təqdim edilib
24.06.2020 [08:37]
Muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Sədərək rayonundakı 7 mərtəbəli yeni binada hərbçi ailələrinə xidməti mənzillərin təqdim edilməsi növbəti qayğının ifadəsi və xalq-ordu birliyinin təcəssümüdür. “NEQSOL Holdinq” şirkətlər qrupu tərəfindən alınaraq hərbçi ailələrinə hədiyyə edilən mənzillər lazımi məişət şəraitinə malikdir.
Hərbçi ailələrinə xidməti mənzillərin təqdim edilməsi mərasimində Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə geniş quruculuq işləri aparılan rayonda təhsil və səhiyyə müəssisələri, inzibati və yaşayış binaları, sənaye müəssisələri tikilib, məşğulluq təmin edilib, yeni içməli su və kanalizasiya sistemləri qurulub. Bu gün hərbçi ailələrinə yeni xidməti mənzillərin təqdim edilməsi Sədərək rayonunun sosial-iqtisadi inkişafının, məskunlaşmanın artmasının və xalq-ordu birliyinin təcəssümüdür.
“NEQSOL Holdinq” şirkətlər qrupunun nümayəndəsi Samir Mollayev çıxış edərək, holdinqin rəhbəri Nəsib Həsənovun anadan olduğu Sədərək rayonunun müdafiəsində ayıq-sayıq dayanan hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılmasında payı olmağından qürurlandığını bildirib. O, yeni mənzillərdə yaşayacaq hərbi qulluqçuları və ailə üzvlərini təbrik edərək xidmətlərində uğurlar arzulayıb.
Tədbirdə xidməti mənzillərin orderləri Əlahiddə Ümumqoşun Ordu komandanlığına və açarları hərbi qulluqçulara təqdim edilib.
Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov qeyd edib ki, bu gün Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində doğma Naxçıvanımız güclü müdafiə qüdrətinə və müzəffər Əlahiddə Ümumqoşun Orduya malikdir. Sədərək rayonunda yeni torpaq sahələrinin ordumuzun nəzarətinə keçməsi və həmin ərazilərin minalardan təmizlənərək əkin dövriyyəsinə qatılması bunu bir daha təsdiq edir.
Mənzillə təmin olunmuş zabit Ələsgər Mehdiyev deyib: “Zabit-gizir ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin öz ordusuna, hərbi qulluqçulara və ailələrinə göstərdiyi qayğının daha bir ifadəsi, dövlət-xalq-ordu birliyinin nəticəsidir. Söz veririk ki, göstərilən diqqət və qayğını öz xidmətimizlə doğruldacağıq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Əliyeva hərbçi ailələrini təbrik edərək bildirib ki, bu gün hər bir vətəndaşımız sabitlik şəraitində rahat yaşayır, ordumuza güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Dövlətimiz tərəfindən hərbçi ailələrinin rahat yaşayışının təmin olunması istiqamətində zəruri tədbirlər görülür. Sədərək rayonunda xidmət edən hərbçilərin ailələrinə təqdim edilən mənzillər də dövlət-xalq-ordu birliyinin növbəti nümunəsidir.
Sonra mənzillərə baxış olub. Məlumat verilib ki, 7 mərtəbəli yeni binada hərbçi ailələrinə təqdim edilən mənzillərin hər biri ikiotaqlıdır və ümumi sahəsi 63 və 75 kvadratmetrdir. Burada bütün kommunal-məişət şəraiti yaradılıb, 2 lift, mərkəzləşdirilmiş antena və fərdi istilik sistemləri quraşdırılıb. Mənzillər müasir mebel dəstləri və bütün növ məişət əşyaları ilə tam təmin olunub.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

