/ / Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının videokonfrans formatında 18-ci iclası keçirilib
Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının videokonfrans formatında 18-ci iclası keçirilib
21.10.2020 [09:07]
Oktyabrın 20-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş videokonfrans formatında 18-ci iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 15 dövlətin baş prokurorlarının və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
İclasda çıxış edən Baş prokuror tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri, o cümlədən iqtisadiyyatın liberallaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, vəzifəli şəxslərlə vətəndaşlar arasında sağlam əlaqələrin qurulması, habelə şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə qanunvericilik sahəsində həyata keçirilmiş genişmiqyaslı islahatlar, habelə korrupsiya ilə mübarizədə institusional baza təşkil edən ixtisaslı qurumlar - Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Bu sahədə beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyəti vurğulanaraq, Azərbaycan Respublikasının BMT-nin “Korrupsiyaya qarşı mübarizə haqqında”, həmçinin mövcud olan müvafiq Avropa konvensiyalarına qoşulduğu, eləcə də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən GRECO, Moneyval, OECD, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prokurorların Korrupsiyaya Qarşı Mübarizə Şəbəkəsi çərçivəsində, həmçinin xarici ölkələrin hüquq mühafizə orqanları ilə səmərəli əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib.
Baş prokuror iştirakçılara sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, Cenevrə Konvensiyalarının tələbləri kobud şəkildə pozularaq münaqişə zonasında, eləcə də hərbi əməliyyatların aparıldığı yerdən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı məntəqələrin hədəfə alınması, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan qədim və tarixi Gəncənin dinc əhalisinin sıx yaşadığı mərkəzi hissəsinin, strateji əhəmiyyət kəsb edən Mingəçevir şəhərinin, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk neft kəmərlərinin, Mingəçevir Su Elektrik Stansiyasının raket atəşinə məruz qalması, beynəlxalq səviyyədə qadağan olunmuş “Smerç” kaset bombalarından və “Skad” raket qurğularından istifadə edilməsi, xarici ölkələrdən gətirilmiş muzdluların düşmən qüvvələrinin sıralarında iştirakının müəyyən edilməsi haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Ermənistanın silahlı qüvvələri tərəfindən mülki dinc əhalimizə qarşı törədilən cinayət faktları üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 37 cinayət işi başlanıb. Ərazidə həyati təhlükənin olmasına baxmayaraq prokuror və müstəntiqlər tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilməkdədir.
Qeyd olunub ki, sentyabrın 27-dən bu günədək Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər nəticəsində 7-si uşaq, 19-u qadın olmaqla 61 mülki şəxs həlak olub, 300-dən çox mülki vətəndaş ağır yaralanıb, ümumilikdə 2500-dən çox evə və mülki obyektə ciddi ziyan vurulub.
Eyni zamanda, Baş prokuror qeyd edib ki, Ordumuz Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında əks-hücum əməliyyatına başlayıb və bu sahədə mühüm uğurlara imza atmaqla müxtəlif kənd, qəsəbə, rayon və şəhərləri işğaldan azad edib.
Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov, İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri və Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldaşev mülki əhaliyə qarşı hücumları qəti surətdə pisləyib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.
Tədbirin sonunda Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorları tərəfindən əməkdaşlıq haqqında sənədlər imzalanıb, 2021-ci ildə növbəti iclasın Hindistan Respublikasında keçirilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47

