Vətəndaşlar COVID-19 pandemiyası ilə mübarizədə məsuliyyətli davranmalıdırlar
27.10.2020 [09:02]
Ekspertlər hesab edirlər ki, indiki şəraitdə hər kəs mövcud qaydalara tam əməl etməlidir
Məlum olduğu kimi, son günlər bütün dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halları sürətlə artmaqdadır. Bu xoşagəlməz proses Azərbaycandan da yan keçməyib. Mütəxəssislər hesab edirlər ki, virusun geniş yayılmasının qarşısını almaq üçün vətəndaşlar mövcud qaydalara əməl etməlidirlər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib. Belə ki, səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri sayılan Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub.
Millət vəkilinin sözlərinə görə, bütün dünya ölkələrindəki çağırışlardan fərqli olaraq, Azərbaycan xalqı bu gün, sadəcə, sağlamlığı üçün deyil, hər birimizin bir dəqiqə belə unuda bilmədiyi Vətəni qoruyan əsgəri naminə COVID-19-a “yox” deməlidir: “Bu gün hər birimiz koronavirusa yoluxanların sayının minimuma endirilməsinə çalışmalıyıq. Əsgərlərimizi qorumaq, Qarabağın tezliklə azad olunmasını istəyiriksə, birinci özümüzü, öz sağlamlığımızı qorumalıyıq. Buna görə də, vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi olduqca vacibdir. Məsafənin saxlanması, tibbi maskadan istifadə, gigiyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir. Bütün qaydalara əməl etmək ilk növbədə insanların özləri, ailələri və ətrafdakıların təhlükəsizliyi üçün vacibdir. Hər bir vətəndaşımız öz şəxsi məsuliyyətini dərk etməli, sosial izolyasiya tələbinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir. Virusun sürətlə yayılmasının qarşısını almaq üçün vətəndaşların mövcud qaydalara və tövsiyələrə əməl etmələri mütləq şərtdir. Qeyd etdiyim kimi torpaqlarımızın işğaldan azad edildiyi bir dövrdə məsələyə çox həssaslıqla yanaşmalıyıq”.
“Payız-qış aylarında virusa yoluxma sayında artım olacağı gözlənilən idi. Hər bir kəskin virus infeksiyası havalar soyuyanda, qış vaxtı artır. Lakin hələ havalar çox soyumayıb, ona görə də, bunu hazırkı artımla bağlı səbəb kimi göstərə bilmərik. Görünür, başqa səbəblər də var. Bəlkə də vətəndaşların sentyabrda COVID-19-a yoluxma sayında azalmanın olmasına görə bir qədər arxayınlaşması bu nəticəyə gətirib çıxardı. Lakin bilməliyik ki, havalar hələ soyumayıb, bizi qarşıda yoluxma sayında daha da artım olacağı gözləyir”. Bu fikirləri isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah xəstələrin sayı artarsa, hansı xəstəxanaların bu işə qoşulacağı, çarpayı fondunun necə istifadə olunacağı ilə bağlı xüsusi planlar hazırlamışdı: “Lakin hazırda bir çox dəyişikliklər var. Bir sıra bölgələrdə modul tipli xəstəxanalar tikilib istifadəyə verilib. Bizim kifayət qədər çarpayı fondumuz var idi. Son hadisələrlə əlaqədar biz çarpayı fondumuzun bir hissəsini bəlli istiqamətdə istifadə edirik. Tibb işçilərimiz də sağlam, qüvvətli və hazır vəziyyətdə olmalıdırlar ki, hərbçilərimizə kömək edə bilsinlər. Bu da çox önəmlidir. Xəstəlik insanın peşəsinə baxmır. Hazırda əsas problem ağır xəstələr, yaşlılar, xroniki və yanaşı xəstəliyi olanlarla bağlıdır. Çünki onların adi stasionar çarpayıya yox, intensiv-terapiya çarpayısına ehtiyacları var. Həmin xəstələrin müalicəsinin azı 2 həftə olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, həmin çarpayıdan iki həftə ərzində yeni bir xəstə istifadə edə bilməyəcək. Bu, ciddi problemdir”.
TƏBİB-in şöbə müdiri, həmçinin aparılan testlərin sayına da toxunub: “Fevral ayında test aparılan laboratoriyalarımızın sayı az idi. Onlar əsasən Səhiyyə Nazirliyinin xüsusi təhlükəli infeksiyalarla mübarizə mərkəzlərində idi. Lakin bu günə qədər TƏBİB-in nəzdində olan tibb müəssisələrində, xüsusilə regionlarda bir çox laboratoriyalar açılıb. Bu da bizim testaparma imkanlarımızı artırıb. Bir çox özəl müəssisələr də bu işə qoşulub. Hazırda gündəlik 9 mindən çox test edirik, hətta bundan da çox test aparmaq mümkündür. Test sayı çox olarsa, aşkarlanma da çoxala bilər. Lakin bu, bizi rahatlaşdırmamalıdır. Düşünməməliyik ki, test çoxdur, ona görə yoluxma sayında artım var. Əgər test sayı artarsa, lakin xəstə sayında artım olmazsa, bu, bizim üçün müsbət göstərici kimi qiymətləndirilə bilər. Hər aşkarlanan pozitiv hadisə asimptomatik olsa belə, başqa vətəndaşlar üçün təhlükədir. Həmin şəxsləri aşkarlayıb izolyasiya ediriksə, bu, xəstəliyin qarşısının alınmasında vacib addımdır”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21

