COVID-19 tənəffüs yollarına ciddi neqativ təsir göstərən xəstəlikdir
22.12.2020 [09:37]
Son bir həftə ərzində dünyada daha 4,3 milyon nəfər koronavirus infeksiyasına yoluxub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, pandemiyanın başlanmasından bəri bu ən yüksək göstəricidir. Məlum olduğu kimi, bu virus tənəffüs yollarına ciddi neqativ təsir göstərən bir xəstəlikdir. Ağır hallarda tənəffüs çatışmazlığı və hətta ağciyər yetməzliyi ilə nəticələnir. Ölümə səbəb olan da daha çox bu hallardır. Bəlli olduğu kimi, siqaret ən çox ağciyərə mənfi təsir göstərir. Bu, insanların siqaret çəkmə müddəti və ağciyərdə nikotinin miqdarına görə dəyişir. Öz növbəsində siqaret çəkənlərin yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların risk qrupuna daxil olduğunu deyən həkim-metodist Büllurə Yusifova bildirib ki, nəfəs aldığımız havanın içərisində xeyli yad molekullar var. Həmin hava tənəffüs yollarından keçərək təmizlənir və ağciyərə daxil olur. Siqaret çəkənlərdə isə bu təmizləmə prosesi pozulur: “Məlum olduğu kimi, tütün tüstüsünün tərkibində nikotin var. Nikotin tənəffüs yollarının selikli qişasını pozaraq bəlğəmin yaranmasına səbəb olur. Siqaret çəkənlərin hamısı bəlğəmli öskürəkdən əziyyət çəkir. Təmizləmə prosesi pozulduğuna görə tənəffüs yollarının yoluxucu xəstəliklərinin yaranma ehtimalı iki dəfə artır. Məhz buna görə də siqaret çəkənləri yeni növ koronavirusun risk qrupuna aid edirlər. Onlarda infeksiya daha ağır formada keçən xəstəlik zamanı aşağı tənəffüs yolları, yəni ağciyərlər zədələnir. Koronavirus infeksiyası zamanı ağciyərin həm sağ, həm sol payının zədələnməsi baş verir və ağır tənəffüs çatışmazlığı nəticəsində insanlar həyatlarını itirirlər. Ona görə də siqaret çəkənlərin bu zərərli vərdişdən imtina etməsi ən doğru çıxış yolu olardı”.
Mütəxəssis deyib ki, nikotin həm də asılılıq yaradan maddədir: “Məsələn, gündə bir qutu siqaret çəkən onu tərgidə bilər. Gün ərzində üç qutu siqaret çəkənin ondan tədricən imtina etməsi məsləhət görülür. Tütün yalnız ondan aktiv istifadə edənlər üçün zərərli deyil, həm də onun tüstüsünə məruz qalan, yəni passiv istifadəçilərin orqanizmi üçün də zərərlidir və qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olur. Passiv siqaret çəkənlərdə də ürək- damar, onkoloji və tənəffüs sisteminin xroniki xəstəlikləri baş verir. Aparılan araşdırmaya görə, passiv siqaret çəkənlər arasında ağciyər, böyrək, gənc qadınlarda süd vəzinin xərçənginə daha çox rast gəlinir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17

