/ / Müharibədən sonra feyk xəbərlərin dövriyyəyə buraxılması düşmən dəyirmanına su tökmək məqsədi daşıyır
Müharibədən sonra feyk xəbərlərin dövriyyəyə buraxılması düşmən dəyirmanına su tökmək məqsədi daşıyır
06.02.2021 [09:10]
Sosial şəbəkələrdə Vətən müharibəsində iki oğlunun itkin düşdüyü iddia edilən Rəna Kazımova ilə bağlı tirajlanan xəbərlər təsdiqini tapmadı
Son vaxtlar sosial şəbəkələrdə milli maraqlarımıza zidd olan feyk xəbərlərin yayılması geniş vüsət alıb. Açıq-aşkar görünür ki, pərdə arxasından gizli şəkildə idarə olunan və istiqamətləndirilən şantaj maşını fəaliyyətdədir. 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun düşmən üzərində qazandığı şanlı qələbəyə hansısa bir formada kölgə salınmasına cəhdlər göstərilir.
Adını jurnalist qoyan, amma dəqiqləşdirilməmiş məlumatı tirajlayanların əməlləri təəssüf və ikrah hissi ilə qarşılanır
Əslində, belə feyk xəbərlərin üstündən keçmək də olar. Ancaq bu günlərdə bəzi internet media resurslarında, sosial şəbəkələrdə Vətən müharibəsində iki oğlunun itkin düşdüyü iddia edilən ana ilə bağlı tirajlanan xəbərlər artıq bütün sədlərin aşıldığı anlamına gəlir və buna əsla biganə qalmaq mümkün deyil.
Təbii ki, sosial şəbəkələrdə belə bir həssas mövzu ilə manipulyasiya edənlərin, həmçinin adını jurnalist qoyan, amma dəqiqləşdirilməmiş məlumatı tirajlayaraq “qəhrəmanlıq” nümayiş etdirənlərin də əməlləri təəssüf və ikrah hissi ilə qarşılanır.
Xatırladaq ki, sözügedən xəbərlərdə Rəna Kazımova adlı qadının oğlanları Valid və Azər Kazımovların guya müharibədə itkin düşdükləri deyilir və iddia olunur ki, ana indiyədək övladlarından heç bir xəbər tuta bilməyib. Doğrusu, bu xəbər cəmiyyətdə müəyyən şübhələr də oyadıb. O mənada ki, ölkəmizdə şəhid ailələri və qazilərə dövlət və cəmiyyət səviyyəsində hər cür diqqət göstərilir. Bu baxımdan, “Rəna Kazımovanın müharibədə itkin düşən iki oğlu barədə bu vaxta qədər hər hansı məlumat ala bilməməsi” xəbərinin nə qədər gerçək olması müəyyən suallar yaradıb.
Bu cür yalan xəbərlər yaymaq şəhidlərin ruhuna, onların valideynlərinə və qazilərimizə ciddi hörmətsizlikdir
Beləliklə, qayıdaq Rəna Kazımovanın “müharibəyə göndərdiyi iki övladının itkin düşdüyü” iddia olunan xəbərə. Məsələ burasındadır ki, xəbər araşdırıldıqda bəlli olub ki, Rəna Kazımovanın dilindən səsləndirilən məlumatlar feykdir. Rəna Kazımova əslən Lənkəranın Osaküçə kəndindəndir. 1 il yarımdır ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayədə yaşayır. Lənkəran rayonunun Osaküçə kəndinin bələdiyyə sədri Rəna Kazımovanın yaxın qohumlarının məlumatına istinad edərək KİV-ə bildirib ki, həmin qadının hərbi xidmətə gedəcək yaşda övladı olmayıb. Ümumiyyətlə, Rəna Kazımovanın övladının olması ilə bağlı heç kəsdə məlumat yoxdur, yaxın qohumları bunu istisna edirlər. O da bildirilir ki, Rəna Kazımovanın səhhətində psixi problemləri var və müalicə alır.
Daha iki fakta diqqət yetirək. Əvvəla, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsindən bəhs olunan adda şəxslərin hərbi xidmətə çağrılmadığı təsdiqlənib. Müdafiə Nazirliyinin açıqladığı itkin siyahısında da Valid və Azər Kazımov qardaşlarının adı yoxdur.
Beləliklə, saxtakarlıq və aşkar yalan ortadadır. Şübhəsiz ki, bu cür yalan xəbərlərin sosial şəbəkələrə çıxarılması, internet resursları vasitəsilə yayılması müharibədə canlarını Vətən uğrunda fəda edən şəhidlərin ruhuna, onların valideynlərinə, eləcə də qazilərimizə ciddi hörmətsizlikdir. Ümumiyyətlə, müharibədən sonra feyk xəbərlərin sosial şəbəkələrə yol açması düşmən dəyirmanına su tökmək məqsədi daşıyır
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

