/ / Suqovuşan uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhid olan zabitimiz - kapitan Kamran İsmayılov
Suqovuşan uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhid olan zabitimiz - kapitan Kamran İsmayılov
11.02.2021 [09:30]
2020-ci il Azərbaycan tarixinə Zəfər ili, topraqlarımızın işğaldan azad olunduğu il kimi yazıldı. Ötən il sentyabrın 27-də işğalçı Ermənistanın silahlı qüvvələrinin ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı 44 günlük Vətən müharibəsi düşmənin mütləq məğlubiyyəti ilə nəticələndi. Döyüş meydanında qazandığımız qələbəyə görə Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyev başda olmaqla, şanlı Azərbaycan Ordusuna, o cümlədən igid zabit və əsgərlərimizə, qazilərimizə, ən əsası da, canını Vətən yolunda fəda edən şəhidlərimizə minnətdardır. “Yeni Azərbaycan” qəzeti olaraq Vətən müharibəsi zamanı döyüş meydanında əsl qəhrəmanlıq göstərib, yeni dastanlar yazan şəhid və qazilərimiz haqqında ətraflı məlumat verməyə davam edirik.
“Kamran hələ uşaq vaxtlarından torpaqlarımızın işğal altında olması ilə barışa bilmirdi”
Beləliklə, növbəti yazımız torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərərək qəhrəmancasına şəhid olan kapitan Kamran Vaqif oğlu İsmayılov haqqındadır. Şəhidin qardaşı İmran deyir ki, 9 fevral 1991-ci ildə Yevlax şəhərində anadan olan Kamran 1997-2008-ci illərdə Yevlax şəhərindəki İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. Atası əslən Ağdamın Xıdırlı kəndindən olan Kamrana ailədə aşılanan vətənpərvərlik duyğularının nəticəsi idi ki, o, hələ uşaq vaxtlarından torpaqlarımızın işğalı altında olması ilə barışa bilmirdi. Məhz bu səbəbdən bir çox yeniyetmə mülki tələbə həyatına can atdığı halda, 17 yaşlı Kamran zabit olmaq qərarəna gəlir.
Orta məktəbi bitirdikdən sonra, 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə (AAHM) qəbul olan, 2012-ci ildə həmin məktəbi bitirərək zabit rütbəsi alan Kamran İsmayılov 2012-2013-cü illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) zabit hazırlığı kursunda təhsilini yüksək nailiyyətlərlə başa vuraraq motoatıcı taqım komandiri ixtisası üzrə ordu sıralarında xidmətə başlayıb. Leytenant K.İsmayılov 2013-cü ildə Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə taqım komandiri vəzifəsinə təyinat alıb, 2013-2017-ci illərdə Tovuz rayonunda, 2017-2018-ci illərdə Qazax rayonunda yerləşən N saylı hərbi hissələrdə xidmətini davam etdirib. 2016-cı ildə baş leytenant rütbəsi alan K.İsmayılov 2018-ci ildə Yevlax rayonunda yerləşən N saylı hərbi hissədə bölük komandiri olaraq xidmətə başlayıb. 2020-ci ildə kapitan rütbəsinə layiq görülən K.İsmayılov hərbi xidmətinin müxtəlif dövrlərində III dərəcəli “Qüsursuz xidmətə görə” medalı daxil olmaqla, dəfələrlə yuxarı komandanlıq tərəfindən fəxri fərman və digər diplomlarla təltif olunub.
“Torpaqlarımızın işğaldan azad olunması və şəhidlərimizin qanının yerdə qalmaması bizə böyük təsəllidir”
Qeyd edək ki, kapitan Kamran İsmayılov müharibənin ilk günlərindən ön cəbhədə gedən döyüşlərdə fəal iştirak edib. Belə ki, o, 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb və böyük rəşadət göstərib. Düşmənə qarşı döyüşlərdə qəhrəmancasına vuruşan qorxmaz zabitimiz 8 oktyabr 2020-ci ildə şəhid olub və oktyabrın 11-də Yevlax şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Qardaşı İmran torpaqlarımızın azad olunması uğrunda savaşda şəhid olan Kamranla fəxr etdiklərini dilə gətirir: “Son nəticədə Kamranın canından çox sevdiyi Vətən torpaqlarının işğaldan azad olunması və düşmən üzərində qələbəmizin əldə edilməsi, şəhidlərimizin qanının yerdə qalmaması bizə böyük təsəllidir...”.
“O, oğlunun da bir hərbçi kimi yetişməsini arzulayırdı”
Şəhid zabitimizin anası Şərafət xanım isə deyir ki, Kamranı hərbiyə həvəsi hələ uşaqlıqdan var idi: “Dəfələrlə ona hərb sənətinin çətin olduğunu söyləsəm də, Kamran “ana, hərbçi olmaq mənim ən böyük arzumdur” deyərək zabit olmaq üçün israr etdi, hər bir çətinliyi gözə alaraq hərbi təhsilini başa vurdu və hərbi xidmətə başladı...”.
Anasının sözlərinə görə, gənc zabit Kamran bir gün torpaqlarımızın azad ediləcəyinə inanırdı və qələbəmizə əmin idi: “Deyirdi ki, güclü ordumuz, qüdrətli Ali Baş Komandanımız var və biz mütləq qalib gələcəyik”.
Oğlu Kənan dünyaya gələndə Kamranın Vətən üçün daha bir əsgər yetişəcəyini söylədiyi anları xatırlayan şəhidin anası deyir ki, sonralar Kamran oğlunu da hərbi sahədə görməyi arzulayırmış...
Qeyd edək ki, şəhid Kamran İsmayılovun ötən ay qız övladı dünyaya gəlib. Körpənin adını Günay qoyublar.
Sonda vurğulayaq ki, kapitan Kamran Vaqif oğlu İsmayılov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45

