Azərbaycan COVID-19-a qarşı peyvəndlərin tətbiqini həyata keçirən ilk ölkələrin sırasındadır
02.04.2021 [08:47]
Ekspertlərin fikrincə, ölkəmizdə pandemiya ilə mübarizə istiqamətində mühüm uğurlar əldə olunub
Məlum olduğu kimi, bütün dünya, o cümlədən Azərbaycan qlobal bəlaya çevrilmiş yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə səfərbər olub. Ölkəmizdə bu virusa ilk yoluxma halı qeyd olunan andan, yəni ötən ilin fevral ayından COVID-19-a qarşı effektiv və təxirəsalınmaz tədbirlər görülməkdədir. Dövlətimiz xüsusi Tədbirlər Planı həyata keçirməklə istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll etdi. Qısa zamanda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibbi avadanlıq və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirildi. Paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradıldı. Bu ilin yanvar ayından pandemiyaya qarşı peyvəndləmə prosesi isə yoluxmaya qarşı mübarizədə mühüm mərhələ sayıla bilər. Belə ki, bu gün artıq Azərbaycan MDB ölkələri arasında peyvənd olunmuş əhalinin sayına görə liderdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, ölkəmizdə peyvəndləmə prosesi uğurla davam edir və Azərbaycan bu istiqamətdə dünya üzrə ön sıralardadır. Azərbaycanın qabaqcıl Avropa ölkələri ilə eyni vaxtda vaksinasiyaya başladığını deyən M.Məmmədli hazırda ölkəmizdə peyvənd olunan vətəndaşların sayının yarım milyonu ötdüyünü diqqətə çatdırıb: “Təqdirəlayiq haldır ki, Azərbaycan peyvənd olunmuş əhalinin faizinə görə MBD regionunda liderdir. Əlbəttə ki, bu müsbət nəticəyə ölkədə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər sayəsində nail olunub. Bu fakt bir daha təsdiqləyir ki, əhalinin sağlamlığı və təhlükəsizliyi dövlətimiz üçün hər şeydən öndədir. Azərbaycan dövləti COVID-19-a qarşı effektiv mübarizə aparmaqla həm də dünyaya nümunəvi model təqdim etdi. Eyni zamanda, ölkəmiz beynəlxalq müstəvidə də pandemiya ilə mübarizəyə öz töhfələrini verib. Ötən ilin dekabrında Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu məsələyə həsr olunmuş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirildi. Ümumilikdə, ölkəmiz pandemiyaya qarşı mübarizədə mühüm qlobal təşəbbüsləri ilə seçildi”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov da Azərbaycanın MDB ölkələri içərisində COVID-19-a qarşı peyvənd olunan vətəndaşların say nisbətinə görə ilk sırada olmasını dövlət tərəfindən vaxtında atılmış addımların nəticəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, COVID-19 pandemiyasının yayılmağa başladığı ilk günlərdən dövlət tərəfindən bütün zəruri addımlar atılıb: “İnsanların sağlamlığının qorunması pandemiya ilə bağlı mübarizə strategiyasının əsas xəttini təşkil edib. Xəstəliyə yoluxmuş insanların müalicəsi ilə bağlı kifayət qədər ciddi işlər görüldü. Lakin virusa qarşı mübarizənin ən effektiv yolu, şübhəsiz ki, peyvəndlərin tətbiqindən keçir. Azərbaycan COVID-19-a qarşı peyvəndlərin tətbiqini həyata keçirən ilk ölkələrin sırasında oldu. Azərbaycan bir neçə mənbədən peyvənd almaq imkanına malikdir. Hesab edirəm ki, bu, xəstəliyin yayılmasının qarşısının alınmasına və kütləvi yoluxma hallarının aradan qaldırılmasına imkan verəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32

